Putin Ukrayna ilə İstanbulda aparılmış sülh danışıqlarını şərh edib
Moskva, 16 yanvar, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə İstanbulda aparılmış sülh danışıqlarını şərh edib.
AZƏRTAC xəbər verir ki, Putin bələdiyyə rəhbərləri ilə görüşdə 2022-ci ildə İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarında tərəflərin razılığa gəldiyini, bu razılıq əsasında Rusiyanın qoşunlarını Kiyev ətrafından geri çəkdiyini bildirib. O deyib ki, Ukrayna nümayəndə heyətinin rəhbəri David Araxamiya hətta razılaşmanı imzalamışdı.
Putin qeyd edib ki, indi David Araxamiya Rusiyanın Ukraynanın NATO-ya üzvlükdən imtinası müqabilində döyüş əməliyyatlarını dayandırmağa hazır olduğunu, lakin Britaniyanın ovaxtkı baş naziri Boris Consonun təkidi ilə İstanbul razılaşmasından imtina edildiyini deyir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]