Pxenyan Vaşinqtonu BMT Təhlükəsizlik Şurasını “konfrontasiya meydanı”na çevirməkdə qınayıb
Bakı, 10 dekabr, AZƏRTAC
ABŞ beynəlxalq arenada özbaşınalıq və ikili standartlar siyasəti yürüdür ki, bu da dünyada sülhü pozur və BMT Təhlükəsizlik Şurasını “konfrontasiya meydanı”na çevirir.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bunu Koreya Xalq Demokratik Respublikasının xarici işlər nazirinin beynəlxalq təşkilatlar üzrə müavini Kim Son Qyon söyləyib. Koreya Mərkəzi Teleqraf Agentliyinin yaydığı məlumata görə, nazir müavini xatırladıb ki, ABŞ bu yaxınlarda Birləşmiş Ərəb Əmirliklərinin təklif etdiyi qətnamə layihəsinə veto qoyub və oktyabr ayında olduğu kimi, İsrailin özünümüdafiə hüququna istinad edərək, İsraillə Fələstin arasında hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edib. KXDR xarici işlər nazirinin müavini deyib: “Təəssüf edirəm ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvünün doqmatizmi və saymazlığı ucbatından Yaxın Şərqdə sülh və sabitliyin tezliklə təmin edilməsinə dair beynəlxalq ictimaiyyətin yekdil cəhdləri kəskin şəkildə tapdalanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]
İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]
Paşinyan TRIPP layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid edir
- 11.06.2026 [15:16]