Pyotr Tolstoy: Rusiya nümayəndələri Azərbaycanda parlament seçkilərini obyektiv şəkildə müşahidə edəcəklər
Moskva, 3 fevral, AZƏRTAC
Rusiya və Azərbaycan parlamentləri arasında yaxşı münasibətlər qurulub. Ümid edirəm ki, bundan sonra da əməkdaşlığımızı inkişaf etdirəcəyik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının vitse-spikeri, Avropa Şurası Parlament Assambleyası sədrinin müavini Pyotr Tolstoy jurnalistlərə söyləyib.
Dövlət Dumasının vitse-spikeri Rusiya nümayəndələrinin Azərbaycanda keçiriləcək parlament seçkilərini obyektiv şəkildə müşahidə edəcəklərini bildirib. “Bizim üçün ölkənin suverenliyi və seçicilərin iradəsi əsasdır”, - deyə o əlavə edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:01]
Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir
- 06.10.2026 [11:40]
Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]