QAÇQIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRƏ ƏRZAQ YARDIMI
AZƏRTAC xəbər verir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəhbərliyi Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi günü münasibətilə Ağsu rayonunda olmuş, burada müvəqqəti məskunlaşmış 1006 qaçqın və məcburi köçkün ailəsinə 60 milyon 227 min manatlıq un, düyü, yağ, qənd, çay və digər ərzaq məhsulları paylanmışdır.
Qaçqın və məcburi köçkünlər Prezident İlham Əliyevin onlara göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirmiş, dövlətimizin başçısına və komitənin kollektivinə dərin minnətdarlıqlarını bildirmişlər.