QAÇQINLAR QƏSƏBƏSİNDƏ YAŞILLAŞDIRMA HƏFTƏSİ
“Dünyaya baxış” Beynəlxalq Humanitar Təşkilatından AZƏRTAC-ın müxbirinə məlumat verilmişdir ki, Mingəçevirdəki 412 məcburi köçkün ailəsi üçün inşa edilmiş qəsəbədə yaşıllaşdırma həftəliyi keçirilir.
Gəncə, Şəmkir, Yevlax və Mingəçevirdən bu məqsədlə qəsəbəyə altı min meyvə, həmişəyaşıl ağac tingləri gətirilmiş, fərdi yaşayış sahələri və yol kənarlarında əkinə hazırlıq tədbirləri görülmüşdür. Apreldə iki min nəfərin məskun olacağı bu qəsəbə yaxın günlərdə yaşıl libas geyəcəkdir.