QAÇQINLAR YAŞAYAN QƏSƏBƏYƏ SU KƏMƏRİ ÇƏKİLİR
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Goranboy rayonunun qaçqınlar yaşayan Aşağı Ağcakənd qəsəbəsinə əkin sahələrini suvarmaq üçün 5 kilometr uzunluğunda yeni su kəməri çəkilir. İslam İnkişaf Bankının vəsaiti hesabına çəkilən kəmər işə düşdükdən sonra Goranboy rayon İcra Hakimiyyəti tərəfindən qaçqınların hər birinə ayrılmış 0,25 hektar torpaq sahəsinin suvarılmasında heç bir problem olmayacaqdır.