Qadın güləşçimiz Alyona Kolesnik II Avropa Oyunlarının bürünc mükafatçısı olub
Minsk, 28 iyun, AZƏRTAC
Azərbaycanın daha bir qadın güləşçisi Alyona Kolesnik “Minsk 2019” II Avropa Oyunlarında medal qazanıb.
AZƏRTAC xəbər verir ki, 57 kiloqram çəki dərəcəsində yarışan idmançı bürünc medal uğrunda görüşdə türkiyəli Gün Bediha ilə üz-üzə gəlib.
Rəqibini 9:4 hesabı ilə məğlub edən A.Kolesnik bürünc medala sahib olub.
Bundan əvvəl güləşçimiz Mariya Stadnik (50 kq) qızıl medal əldə edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk