“Qadın iştirakçılığının təbliği” - Konfrans VİDEO
Bakı, 23 aprel, AZƏRTAC
“Şəhərsalma və Memarlıq İli“ çərçivəsində “Qadın iştirakçılığının təbliği” mövzusuna həsr olunmuş konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransın açılış mərasimində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və digər rəsmi şəxslər çıxış ediblər.
Açılış nitqlərindən sonra “Bərabər imkanların təmin olunmasında iqtisadi gücləndirmə və hüquqi islahatlar” və “Təhlükəsiz şəhərlər: Dayanıqlı inkişaf modellərinin planlaşdırılmasında genderə həssas yanaşma” mövzularında iki panel müzakirəsi təşkil edilib.
Konfrans çərçivəsində, həmçinin qadın memarların əsərlərinin sərgisi nümayiş etdirilib.
Qadınların ictimai fəallığının artırılması, onların sosial, mədəni və iqtisadi həyatda iştirak imkanlarının genişləndirilməsi məqsədinə xidmət edəcək tədbir onların qərar qəbuletmə proseslərində və rəhbər vəzifələrdə təmsilçiliyin gücləndirilməsi üçün maarifləndirmə, təcrübə mübadiləsi və institusional əməkdaşlıq baxımından səmərəli platforma olub.
Eyni zamanda, konfrans “Azərbaycan Respublikasında Gender (kişi və qadınların) bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı”nın əsas prioritetlərinin icrasına mühüm töhfə verməyi hədəfləyir.