Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Niderland yığmasına uduzub
Bakı, 7 avqust, AZƏRTAC
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Macarıstanın Samboteli şəhərindəki beynəlxalq “Savaria” turnirində ikinci oyununu keçirib.
AZƏRTAC Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, millimiz Niderland yığması ilə qarşılaşıb. Görüş niderlandlı voleybolçuların 3:0 (25:14, 25:13, 25:16) hesablı qələbəsi ilə başa çatıb.
Voleybolçularımız ilk oyunda Macarıstan seçməsinə 2:3 hesabı ilə məğlub olub.
Yığmamız turnirdə sonuncu oyununu avqustun 7-də Çexiyaya qarşı olacaq.