QADINLAR ARASINDA OTÜSTÜ XOKKEY ÜZRƏ AVROPA KLUB ÇEMPİONLARI KUBOKU DAVAM EDİR
AZƏRTAC xəbər verir ki, Almaniyanın Köln şəhərində qadınlar arasında otüstü xokkey üzrə Avropa Klub Çempionları Kuboku davam edir.
Azərbaycanı bu yarışda təmsil edən “Atasport” klubu ilk görüşünü Rusiyanın “Volqa Telekom” klubuna qarşı keçirmişdir. Xokkeçilərimiz ilk qarşılaşmada rəqibi 3:1 hesabı ilə məğlub etmişdilər.
“Atasport” klubu bu gün “Siaulay” (Litva) komandası ilə üz-üzə gəlmişdir. Həmvətənlərimiz bu görüşdə də üstünlüyü əldən verməmiş və rəqib üzərində 2:1 hesabı ilə qələbə qazanmışdılar.
Xokkeyçilərimiz son görüşdə “Hertogenboş”a (Hollandiya) klubu ilə qarşılaşacaqdır.
Komandamız turnirin qalibi olmaq üçün ilk növbədə qrup mərhələsini birinci pillədə başa vurmalıdır.
Mayın 12-də yekunlaşacaq yarışın reqlamentinə əsasən, ən zəif nəticə göstərən iki kollektiv Avropa Klub Çempionları Kubokunda yerini itirəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq
- 09.10.2026 [16:28]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub
- 09.10.2026 [15:55]