Qanvermə aksiyasında 150-dən çox xocavəndli məcburi köçkün iştirak edib
Beyləqan, 6 dekabr, AZƏRTAC
Beyləqan rayonu ərazisində xocavəndli məcburi köçkünlər üçün salınmış Xocavənd qəsəbəsində keçirilən könüllü qanvermə aksiyasında 150 nəfərdən çox insan qan verib.
AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyinin və Xocavənd Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə talassemiyalı və hemofiliyalı xəstələrə dəstək olmaq məqsədilə reallaşan aksiyada xocavəndli məcburi köçkünlər fəal iştirak ediblər.
B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları tərəfindən toplanan qan müayinədən keçirildikdən sonra qana ehtiyacı olan xəstələrin müalicəsində istifadə ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.09.2026 [14:47]
Göygöldə Moruq və Aqrar Biznes festivallarından FOTOLAR
- 08.09.2026 [14:34]
Məzunlar 50 ildən sonra Xankəndidə bir araya gəldilər FOTO
- 08.09.2026 [14:08]
Zaqatalada ali məktəblərə sənəd verənlərin 86 faizi tələbə adını qazanıb
- 08.09.2026 [11:15]
Xocavənd artıq dünənin həsrətini deyil, sabahın ümidini yaşadır VİDEO
- 08.09.2026 [10:55]
Şəki Dövlət Dram Teatrı yeni mövsümə “Ezop”la başlayacaq
- 08.09.2026 [09:54]