Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qara yanvar ağrıları xatirələrimdə

Qara yanvar ağrıları xatirələrimdə

Qara Yanvar ağrıları xatirələrimdə

Bakı, 20 yanvar, AZƏRTAC

Qanlı Yanvardan 31 il keçsə də, xatirələr bu gün də oyaqdır. O günlərin şahidlərindən biri, jurnalist, yazıçı-publisist Şəfəq Nasir qəlbindəki 20 Yanvar ağrılarını, keçirdiyi hissləri AZƏRTAC-ın oxucuları ilə bölüşür.

Yaddaşımızdan heç vəchlə silinməyən o müdhiş, vahiməli şənbə gecəsinin gətirdiyi faciəni, ağrıları xalq bir yerdə yaşadı. Hər kəs soydaşının, qanıbir qardaşının başına gələn hadisələri öz dərd-səri, acısı kimi öz canında-qanında duydu...

1990-cı ilin soyuq qış gecəsində qəfil fəlakət hərəni bir yerdə yaxaladı - küçədə, həyətdə, yolda, maşında... Üç gün təbiətin özü şəhidlərə yas tutdu. Bozardı, qaraldı, tufan elədi, ağladı. Evlərin pəncərələrindən qara bayraqlar asıldı. Adamlar matəm libası geyindilər. Ürəklər qan ağladı, gözlər qan-yaş tökdü, bütün Azərbaycan şəhidlərinə yas tutdu.

Yaddaşımın ağrıyan, göynəyən o yanvar günlərini hələ də unutmamışam. Əslində, heç vaxt yaddaşımdan silinməyən o çağlar əzilən taleyimizin qara oyanışıydı. Şəhidlərimizin sinəmizə çəkilən dağı, müsibəti əsrlərboyu təklənən xalqımızı bir yerə cəm elədi. Dərd yaxınlaşdırdı bizi. Sanki nə zamandı bir-birimizdən ayrı düşmüşdük. Bəlkə də günahsız insanların, müstəqilliyimiz naminə canlarından keçən igidlərimizin tökülən qanlarını görməsəydik, bir-birimizin taleyinə hələ də biganə qalacaqdıq, şəhidlərin ruhu anda çəkdi bizi...

O gecə səhərə qədər vahimənin, qara-qorxuların içində evdə var-gəl edirdim. Eşidib-bildiyim, filmlərdə gördüyüm müharibə səhnələrində olduğu kimi, mənə elə gəlirdi ki, düşmənlər indicə mənzilimizə soxulub hamımızı, iki məktəbli övladımı da yatdıqları yerdə qanına qəltan edəcək. O gecə uşaqlardan yana ürəyim əsirdi. Bu faciəni görən bütün analar kimi övlad məhəbbəti, analıq hissi bütünlükdə qəlbimi çulğamışdı. Hər ikisini elə yuxunun içindəcə bərk-bərk köksümə sıxdım. Saçlarını, nəfəslərini qoxladıqca özümə qayıdırdım. Sonradan biləndə ki, həmin gecə nə qədər insan - yaşlı, cavan, uşaq şəhid olub, ürəyim param-parça oldu. Fikirləşirdim, məgər ölənlər atamın, qardaşımın, balalarımın biri deyildimi?

Evimizdən uzaqda atılan güllələrin, yeriyən tankların səsini eşidirdim. 20 Yanvara açılan sabaha ölü bir səssizlik çökmüşdü. Ertəsi gün səhər tezdən 7 yaşlı qızımı da yanıma alıb küçəyə çıxdım. Küçələr bomboş idi. Handan-hana yanımızdan keçən bir maşına əyləşib “Neftçilər” metrosuna gəldik. Sürücü bizdən pul almadı. Həmin gün metro da pulsuz xidmət göstərirdi. Biz 28 May (o vaxt 28 Aprel adlanırdı) stansiyasından çıxdıq. Qızımın əlindən tutub küçələri bir-bir ötəndə gözlərimlə gördüklərimdən dəhşətə gəldim. İlahi, bu Bakıydımı? Mən Bakının küçələrindəmi gəzirdim? Yollar boyu telefon köşkləri qırıq-sökük, binaların divarları, eyvanların yan-yörəsi dəlmə-deşik, küçələrdə qan izləri... Küçələrin birində dayanmış əsgərlər əllərindəki avtomatı qabağa tuşlanmış vəziyyətdə saxlamışdılar. Bir anlıq ötəri bir baxışla, hiss olunmadan üzlərinə baxdım. Sərt, qəzəbli, qaniçən, başkəsən cəlladlarda azacıq da olsa mərhəmət hissi yox idi. Qorxudan ürəyim əsdi, ötüb-keçdikcə fikirləşirdim, bax, indicə atacaqlar, lap indicə bir atəşlə ikimizi də yerə sərəcəklər...

Qara Yanvar günlərində kimi dindirib danışdırırdın, hamı qəzəbin, kədərin içində sanki alışıb-yanırdı. İnsanlar bir gecənin içində şəhid olmuş oğullarımızın taleyinə yanır, gördüklərindən qəhərlənə-qəhərlənə danışırdılar. Sonralar kimə o gecədə başına gələnləri söylədirdin, hamısı da o günlərin ab-havasını, topunu, tüfəngini, qan qoxulu gecələrini, boz səhərlərini söhbətlərində elə canlandırır, elə odlu-odlu danışırdılar ki, elə bilirdin o qanlı müharibənin içindəsən. Sanki, o günləri təzədən yaşayırdıq. Binaları, adamları, ağacları dəlmə-deşik edən gülləbaran hələ də qulaqlarımızda əks-səda verirdi. Bütün bunlar necə də əzablıydı!

Həmin günlər çoxları ilə o gecədən, onun ağrı-acılarından danışır, qanlı hadisələrin şahidlərini dinləyir, bütün bunlara hər kəsin münasibətini bilmək istəyirdim. Həmsöhbət olduğum adamların arasında müxtəlif zümrədən insanlar vardı: həkim, fəhlə, mühəndis, mətbuat işçisi...

Faciələrimizin anası o məşum şənbə gecəsi, sonrakı matəm günləri Bakı sakinlərinin gözlərinin qarşısında iki rəngin mövcudluğu ilə müşayiət olundu: qara və qırmızı. O gün minlərlə vətəndaşımız kimi mənim də müşahidələrim göz yaddaşımda iki rənglə çəkilmiş, heç vəchlə hafizəmdən silinməyən tabloda yaşayır. Hər dəfə 20 Yanvar haqqında düşünəndə ilkin olaraq yadıma xalqın ağrısını, naləsini müşayiət edən qara geyimlər və dağüstü parka uzanan yollara, qəbirlərin üstünə səpilmiş qırmızı qərənfillər düşür. Bir də o tarixi vəsf edən neçə-neçə poetik nümunələrin arasında çox sevdiyim şair Məmməd Aslanın “Ağla, qərənfil, ağla” şeirindəki sızıltılı sətirləri xatırlayıram...

Bu günahsız qanlara,

Bu didilmiş canlara,

Bu cansız cavanlara

Ağla, qərənfil, ağla!

Hələ də Şəhidlər xiyabanına gedən insan selini, məzarlar üstə düzülən qan rəngli qərənfilləri görüncə yaddaşım göynəyir. Arzuları qönçə ikən quruyan cavanların dağı sinəmi yandırır. İnsanlar axın-axın, qərənfilllər qucaq-qucaq... Bir də yadıma həmin günlərdə dənizə də səpilən qərənfillər düşür. O zaman düşünürdüm ki, bu da adları bilinməyən, məzar evləri qazılmayan, “kəfənsiz dəfn olunanların” ruhunu şad etməkdən, narahat qəlblərini sakitləşdirməkdən ötrü insanların özünə verdiyi bir təskinlik idi. Və bir də düşünürdüm ki, bizim də nəslin taleyində bu faciələri görmək, onun əzablı ağrılarını yaşamaq qisməti varmış...

Bu gün də, sabah da ən müqəddəs and yerimiz şəhidlərimizin ruhudur. O şənbə gecəsindən üzü bu yana ürəyimizdən bir sızıltı keçirdi: torpaqlarımız işğaldan azad edilməyincə şəhidlərimizin ruhu rahatlıq tapmayacaq. İllərdi müqəddəs Vətənin yaraları sızlayırdı. Axı Qara Yanvar xalqın yaddaşına həm də rəşadət və qəhrəmanlıq tarixi kimi yazılmışdı! Vətən ona görə müqəddəsdir ki, o, Ana Vətən, Ana Torpaqdır. Ana isə bəşəriyyətin, həyatın özüdür...

Şükürlər olsun ki, 2020-ci il sentyabrın 27-dən başlayan, cəmi 44 gün davam edən Vətən müharibəsi Qələbə ilə başa çatdı, biz doğma Qarabağımıza qovuşduq. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz, cəngavər əsgərlərimiz torpaqlarımızı işğaldan azad etdi. O qanlı şənbə gecəsi, birinci Qarabağ müharibəsi zamanı şəhid olan oğullarımızın, bütün şəhidlərimizin qanı alındı. Bu gün üçrəngli bayrağımız Qarabağ torpağında qürurla dalğalanır...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərdə baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir VİDEO

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir VİDEO

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib