“Qarabağ” Azərbaycan Kubokunun finalında nominal meydan sahibi olacaq
Bakı, 5 may, Nicat Məmmədov, AZƏRTAC
Mayın 5-də futbol üzrə Azərbaycan Kubokunun final görüşünün püşkatma mərasimi keçirilib.
AZƏRTAC Peşəkar Futbol Liqasının (PFL) saytına istinadla xəbər verir ki, püşkatma mərasimində “Qarabağ” və “Zirə” klublarının nümayəndələri iştirak ediblər.
PFL mərasimdə təşkilatın Texniki-idman şöbəsinin rəisi Elgiz Abbasovla, “Qarabağ” menecer Şaiq Həsənovla, “Zirə” isə baş menecer Elman Himayətoğlu ilə təmsil olunub.
Püşkatmaya əsasən “Qarabağ” nominal meydan sahibi olub.
Qeyd edək ki, Azərbaycan kubokunun final oyunu mayın 27-də Qəbələ şəhər stadionunda təşkil olunacaq.