QARABAĞ ƏLİLİNƏ YENİ MƏNZİL VERİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Dövlət müstəqilliyi bayramı ərəfəsində Gədəbəy rayonu Gərgər kəndinin sakini, ikinci qrup Qarabağ müharibəsi əlili Afəddin Musayevə sevinc bəxş edilmişdir. Ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəsaiti ilə tikilmiş yeni mənzilin açarı verilmişdir. Bununla bağlı keçirilən tədbirdə çıxış edənlər bu xeyirxah işi görənlərə minnətdarlıq etmişlər. Axırda rayonun imkanlı adamları yeni mənzilin sahibinə məişət əşyaları hədiyyə etmişlər.