Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qarabağda nasist caniyə heykəl qoyulub, rus kilsələri dağıdılıb

Qarabağda nasist caniyə heykəl qoyulub, rus kilsələri dağıdılıb

Moskva, 9 fevral, AZƏRTAC

“Komsomolskaya Pravda” qəzetində Azərbaycan Prezidenti Administrasiyasının Xarici KİV və QHT-lərlə iş sektorunun müdiri Fuad Axundovun “Qarabağda nasist caniyə heykəl qoyulub, rus kilsələri dağıdılıb. Cinayətləri gizlətmək mümkün olmayacaq” sərlövhəli məqaləsi dərc edilib.

AZƏRTAC həmin məqaləni təqdim edir.

X  X  X

Riyakarlıq. “Qarabağın rus icmasının rəhbəri müharibədən sonrakı həyatı təsvir edib” sərlövhəli iddialı məqaləni lap dəqiq səciyyələndirmək üçün ən münasib söz bu olardı. Heç kəs üçün sirr deyil ki, “yerli hakimiyyət orqanları” belə görüşləri və belə məqalələri çox vaxt öz məqsəd və “məramlarını” təbliğ etmək məqsədilə təşkil edirlər.

“Moskovski komsomolets” qəzetinin müxbirinin müsahibi Qalina Somova özünü “Dağlıq Qarabağın rus icmasının rəhbəri” kimi təqdim edərək, Moskvanın nüfuzlu nəşrində oxunması kimlərinsə xoşuna gələcək sözlər demək qərarına gəlib, lakin öz sözlərinin həqiqətə nə dərəcədə uyğun olması, daha dəqiq desək, öz sözlərinin həqiqətdən nə qədər uzaq olması onu o qədər də narahat etməyib.

“Yerli rusların pravoslav kilsəsi yoxdur”, - deyə gileylənən Q.Somova daha sonra əlavə edir: “Yeri gəlmişkən, burada bizim öz rus kilsəmiz də olmalı idi, lakin hələlik arzularımız çin olmayıb. 2010-cu ildə kilsə tikilməsi nəzərdə tutulan yerdə gələcək kilsənin təməli qoyuldu və oraya xaç suyu çəkildi. Amma hələlik yalnız rusiyalı sülhməramlıların keşişi Boris ataya ümid edirik”.

Bir qədər izahat verək. Xatırladırıq: Lap yaxın vaxtlarda Qarabağda, Xocavənd şəhərində (ermənilər buranı Martuni adlandırırdı) nasist, Hitlerin əlaltısı Qaregin Njdenin heykəlinin açılışı olub. Bu həmin Njdedir ki, hitlerçilərin Holokost qurbanlarından qarət etdikləri sərvətlərin, əsasən qızılın “reallaşdırılmasına” kömək edirdi. Fürerə xidmət etdiyinə görə, sovet məhkəməsinin hökmü ilə 25 il həbs cəzasına məhkum edilmişdi. İndi həmin subyektə heykəllər qoyurlar. Özü də guya Hitlerə xidmət etdiyinə görə yox, “yalnız” azərbaycanlılara qarşı etnik təmizləmələr apardığına görə. Bugünkü Ermənistan eyni siyasəti təkrar edir.

Bir məqamı qeyd etmək xoş olmasa da, xatırlatmalıyam: “Bir neçə il bundan əvvəl Rusiya incəsənət “ulduzlarının” iştirakı ilə hətta Njdenin bioqrafiyasından bəhs edilən film də çəkilib. Əlbəttə, həmin filmdə Njdenin Hitlerə xidmət etməsi barədə bir kəlmə də deyilmir, amma bir ibrətamiz epizod var: Njdeyə Zəngəzurda neçə “türk kəndi” qalması barədə məlumat verirlər, sonra o, deyir: “Biz bu kəndləri azad edəcəyik!” Amma məlum olur ki, Njde həmin kəndləri dinc yerli əhalidən “azad etməyə” hazırlaşırmış. Sonra müasir Ermənistan Dağlıq Qarabağ ətrafındakı Azərbaycan rayonlarını işğal edir, orada erməni əhali ümumiyyətlə yox dərəcəsində olub, sonra isə bu torpaqları “azad edilmiş ərazilər” adlandırırlar. Sevindirici haldır ki, indi artıq Ermənistanın özündə politoloqlar soruşurlar: “Biz bu torpaqları kimdən azad etmişik?”

Düşünmək olardı ki, bu kəndlər yağı düşmən tərəfindən zəbt edilibmiş, “xilaskar qəhrəman” Njde isə onları azad etməyə çalışır. Amma yox, əslində, söhbət dinc Azərbaycan kəndlərindən gedir və bu kəndlərin sakinlərinin bütün “təqsiri” onların erməni olmaması, onların torpağında Njdenin “Dağlıq Ermənistan” yaratmaq niyyətinə düşməsidir. Bu müharibə canisinə artıq Yerevanın mərkəzində heykəl qoyulub. Rusiyada da ona xatirə lövhəsi qoymağa cəhd göstərilib, lakin Rusiyanın hakimiyyət orqanları buna imkan verməyiblər. Fikir verin, bu murdar “monument” üçün vəsait tapılıb, amma pravoslav məbədi üçün tapılmayıb. Şuşada “Qarabağ parlamenti” binası üçün də pul tapılıb, təkcə pravoslav məbədi üçün tapılmayıb.

Bir məsələni də xatırladaq. Dağlıq Qarabağ ermənilər tərəfindən işğal edilənə qədər orada pravoslav məbədləri vardı, lakin erməni işğalı dövründə bu məbədlərin başına nələr gətirilməsi maraqlı məsələdir.

Qarabağın tarixi paytaxtı Şuşa şəhərində hələ XIX əsrdə Müqəddəs vəftiz İohan rus pravoslav kilsəsi tikilib. Şuşada bu şəhərin yerli sakinləri - azərbaycanlılar yaşadığı illərdə bu kilsə salamat mövcud olub: Rusiya imperiyası dövründə də, müstəqil Azərbaycan Xalq Cümhuriyyəti illərində də, sovet Azərbaycanında da, Azərbaycanın dövlət müstəqilliyi elan ediləndən sonra 1991-1992-ci illərdə, Şuşa şəhəri işğal olunana qədər belə qədər.

Bəs yeni peyda olmuş erməni “sahiblər” bu kilsə ilə necə rəftar ediblər? Onlar pravoslav məbədinin günbəzini söküb, kilsəni erməni üslubunda təmir edərək, onu erməni məbədi elan ediblər. Lakin Somovanın müsahibəsində bu barədə bircə kəlmə də deyilmir. Somova yalnız Şuşada və Hadrutda rus qəbiristanlığının hansı vəziyyətdə qalmasına görə narahatlığını bildirir.

Xanım Somovanı əmin edə bilərik: Azərbaycan sivil ölkədir. Biz tarixi abidələrlə, xüsusən qəbiristanlıqdakı məzarlarla “döyüşmək” niyyətində deyilik. Erməni qəbirləri ilə bağlı insident məsələsinə gəldikdə isə artıq neçənci dəfə xatırladırıq: Azərbaycan Respublikasının Baş Prokurorluğu bu hadisə ilə əlaqədar təhqiqat aparır, həmin kadrlarda görünən hərbi qulluqçular həbs edilib. Maraqlıdır, Ermənistanda heç olmasa bir dənə buna oxşar presedent varmı? Hərbi cinayətlərə görə, dağıdılmış və qarət edilmiş muzeylərə, sözün hərfi mənasında, donuz saxlanan yerə çevrilmiş məscidlərə görə Ermənistan vətəndaşlarından kimisə cəzalandırıblarmı?

Hadrut və onun ətraf bölgələri barədə ayrıca söhbət açmaq lazımdır. Burada, daha dəqiq desək, Hadrutun özündə yox, onun yaxınlığındakı Kuropatkino kəndində rus pravoslav kilsəsi vardı . Görün, indi həmin kilsə nə vəziyyətdədir. Yox, bunlar müharibənin izləri deyil - erməni işğalçılar bu kilsəni sadəcə dağıdıblar.

Üstəlik, kilsənin divarlarında birmənalı qrafitti qalır. Erməni işğalı ilə birlikdə xoşagəlməz siyasi texnologiyalar da Qarabağa “ixrac olunub”. “Sputnik Armenii” həmin siyasi texnologiyalar barəsində yazıb: “Doxsanıncı illərin əvvəlində İsaakyan küçəsindəki 38 nömrəli evin divarından “Rus İncəsənət Muzeyi” lövhəsi çıxarılanda bu hərəkətə uşaq dəcəlliyi kimi yanaşdılar. Halbuki, həmin muzeydə başqa eksponatlarla bərabər, moskvalı professor Aran Abramyanın Yerevana hədiyyə etdiyi rəsm əsərləri də saxlanılırdı. Yerevandakı milis alayının kazarmalarına hücum edənlərin şüarı belə idi: “Bizim mübarizəmiz Rusiya müstəmləkəçiliyinə qarşı yönəlib, Rusiya telekanallarını bağlamaq, rusiyalı sərhədçiləri dərhal döyüş növbəsindən çıxarmaq, gümrüdəki hərbi bazanı oradan yığışdırmaq lazımdır”. O vaxt düşünürdülər ki, bir qədər hay-küy salıb sonra sakitləşəcəklər”.

Hitlerin əlaltısı Njdeyə pərəstiş də “ixrac edilib”, ermənilərin nəzarətində olan ərazilərdə “etnik təmizləmə” aparılıb, tarixi abidələr məhv edilib. Dünya Yerevanın timsalında bütün bunları görüb, oradakı bütün tarixi tikililər, o cümlədən İrəvan qalası, məscidlər, Xan sarayı buldozerlə kürünüb... İndi eyni əməllər Qarabağda təkrarlanıb. Oradakı məscidlər və teatrlar, muzeylər və məktəblər, yaşayış evləri, hətta qəbiristanlıqlar da vəhşicəsinə dağıdılıb.

Bu cinayətlərin “müəllifləri” cəzasız qalacaqlarına əmin idilər. Onlar şübhə etmirdilər ki, dağıdılmış kilsələrin taleyindən heç kəs xəbər tutmayacaq. Buna görə də özlərini Rusiyanın böyük dostları kimi təqdim etmək üçün dəridən-qabıqdan çıxırdılar. Lakin indi bu torpaqlar Azərbaycan Ordusu tərəfindən azad ediləndən sonra çoxları üçün narahatlıq doğuran bir sıra detallar və təfsilatlar üzə çıxır. Üstəlik, indi jurnalistlərin böyük bir qrupu işğaldan azad edilmiş torpaqlara yola düşüb. Erməni millətçilər isə onları qabaqlamağa çalışırlar.

Lakin, necə deyərlər, faktlar inadkar şeydir. Heç bir riyakarlıqla onları ört-basdır etmək mümkün deyil.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Marius Vizer: Qoy, cüdo ziddiyyətli dünyada birlik, dostluq və sülhün ilham mənbəyi olsun

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı açıqlanıb

“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib

Rəşad Nəbiyev: Azərbaycan dünya yarışlarına ev sahibliyi edən möhtəşəm idman mərkəzinə çevrilib

Məryəm Əlizadə: Azərbaycan teatrı zamanla birlikdə addımlamalıdır

Amin Məmmədov: Arpa və Vorotan çaylarının çirkləndirilməsi Azərbaycan üçün ekoloji risk yarada bilər

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib VİDEO

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB

Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır

Özbəkistanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb

Lətif Kərimov yaradıcılığı: Azərbaycan milli-mədəni kimliyinin tarixi kontekstində

Qazaxıstanda cinayətlərin sayı azalıb

Polşa portalı “ADEX 2026” sərgisindən yazıb

Şotlandiyada şəxsi ada 350 min funt sterlinqə satışa çıxarılıb

Azərbaycan və Belarus arasında idman əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb VİDEO

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb VİDEO

Masallıda 300 güləşçinin qatıldığı turnir başa çatıb

Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Koalisiya üzvü: İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitinə ciddi ziyan dəyib VİDEO

Koalisiya üzvü: İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitinə ciddi ziyan dəyib VİDEO

Qarabağda və Şərqi Zəngəzurda müəllim olmaq böyük qürurdur - Şahin Bayramov

Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı baş tutub VİDEO

Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı baş tutub VİDEO

Azərbaycanın beynəlxalq idman tədbirlərinə ev sahibliyi etmək təcrübəsi yüksək qiymətləndirilib

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb VİDEO

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb VİDEO

Londonun mərkəzində genişmiqyaslı elektrik kəsintisi baş verib

Amin Məmmədov: Ermənistan ətraf mühitə təsirlərlə bağlı məlumatları təqdim etməlidir VİDEO

Amin Məmmədov: Ermənistan ətraf mühitə təsirlərlə bağlı məlumatları təqdim etməlidir VİDEO

Çinin 23 vətəndaşı Azərbaycanda magistratura və doktorantura təhsili alacaq

Türkiyədəki Roma dövrünə aid eksponatlar Kopenhagendə sərgilənir

Naxçıvanda uzunluğu 17,5 kilometr olan avtomobil yolları yenilənir VİDEO

Naxçıvanda uzunluğu 17,5 kilometr olan avtomobil yolları yenilənir VİDEO

Magistraturada 195 nəfər ödənişsiz təhsil almaq hüququ qazanıb - DİM-də əlavə müsabiqənin nəticələri

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası olacaq

Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb

Norveçdə süni intellekt eynəklərinin istifadəsinə müvəqqəti qadağa qoyulur