“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov dünya ədalətli oyunlar diplomuna layiq görülüb
Bakı, 24 may, AZƏRTAC
“Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov Beynəlxalq Ədalətli Oyunlar Komitəsi (CIFP) Şurası tərəfindən yüksək mükafata -“Jean Borotra - Karyera” kateqoriyasında dünya ədalətli oyunlar diplomuna layiq görülüb.
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasından (AİJA) AZƏRTAC-a bildiriblər ki, Ağdam təmsilçisinin baş məşqçisi 2022-ci ildə idman dünyasında ədalətli oyunun təşviqi sahəsində nümunəvi nailiyyətlərin tanınmasına görə təltif olunacaq.
Eyni zamanda CIFP-nin prezidenti Jenö Kamuti AİJA vasitəsilə baş məşqçiyə məktub göndərib. Mütəxəssis mükafatların təqdimetmə mərasiminə dəvət olunub və gələcək karyerasında uğurlar arzulanıb.
Qurban Qurbanov bu mükafata 2022-ci il fevralın 24-də UEFA Konfrans Liqasının 1/16 final mərhələsinin "Qarabağ"-"Marsel" oyunundakı ədalətli jestinə görə layiq görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:53]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:34]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [18:20]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [17:59]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:23]
Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək
- 30.09.2026 [17:00]