“Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə Azərbaycan çempionatında 100-cü matçını keçirib
Bakı, 19 sentyabr, AZƏRTAC
“Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə Azərbaycan çempionatında 100-cü matçını keçirib. İyirmi beş yaşlı müdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının yeddinci turuna təsadüf edib.
AZƏRTAC Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, futbolçu “Zirə” ilə səfər oyununa start heyətdə çıxıb. B.Mustafazadə 100 qarşılaşmada 4 qol vurub.
Müdafiəçi 4 klubun heyətində forma geyinib. 2016/2017-ci il mövsümündə “Sumqayıt”da debüt edən B.Mustafazadə bu klubda 20 (2 qol), “Qəbələ”də 23 (1 qol), “Sabah”da 35 (1 qol), “Qarabağ”da 22 dəfə meydana çıxıb.
Qeyd edək ki, “Zirə” - “Qarabağ” matçında qonaqlar 7:1 hesablı qələbə qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [19:57]
Azərbaycanın U-21 millisi yoxlama oyununda Qırğızıstana uduzub
- 09.06.2026 [19:24]
Azərbaycanın U-20 millisi pakistanlı həmyaşıdlarına qalib gəlib
- 09.06.2026 [19:08]
Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib
- 09.06.2026 [18:40]
Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub
- 09.06.2026 [18:13]
Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub
- 09.06.2026 [17:47]
DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR
- 09.06.2026 [17:16]