“Qarabağ”ın qapıçısı karyerasını Qazaxıstanda davam etdirə bilər
Bakı, 24 dekabr, AZƏRTAC
Azərbaycan millisinin və “Qarabağ” klubunun qapıçısı Emil Balayev karyerasını yenidən Qazaxıstanda davam etdirə bilər.
AZƏRTAC xəbər verir ki, 27 yaşlı qolkiperlə “Aktobe” klubu maraqlanır.
Klub artıq oyunçuya təklif də göndərib. E.Balayevin Qazaxıstan çempionatına qayıtmağa hazır olduğu bildirilib.
Ancaq “Aktobe” təcrübəli qapıçını çox gözləməyəcək. E.Balayevin mümkün keçidinə “Qarabağ”ın əsas qapıçısı Şahruddin Məhəmmədəliyevin uzun müddət sıradan çıxması mane olur. Bu səbəbdən, “Aktobe” başqa namizədlərə yönələ bilər. Qazaxıstan təmsilçisi vəziyyətin inkişafını izləyəcək və paralel olaraq digər qapıçılarla danışıqlar aparacaq.
Qeyd edək ki, Emil Balayev 2019-cu ildə Qazaxıstanda “Tobol”un formasını geyinib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [15:34]
"Turan Tovuz"un legioner futbolçusunun zədəsi ciddi deyil
- 13.10.2026 [13:41]
Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
- 13.10.2026 [13:11]