İQTİSADİYYAT
“Qaradağ Şüşə” bu il 30 milyon şüşə qab istehsalına dair müqavilə imzalayıb
Bakı, 7 mart, AZƏRTAC
“Qaradağ Şüşə” SC 2023-cü ildə 30 milyon ədəd şüşə qab istehsalına dair müqavilə imzalayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinin Özəlləşdirmə şöbəsinin müdiri Əziz Mirzəyev jurnalistlərə bildirib.
Onun sözlərinə görə, şirkət müxtəlif təyinatlı şüşə qablar, o cümlədən “Aznar”, “AzQranata”, “Sirab”, “Azərsun”, “Badamlı” üçün məhsul istehsal edir: “Müəssisə sutkada 120 ton şüşə emal edə bilir, illik istehsal isə 80-100 milyon şüşə qabdır. Şirkətdə İtaliya və Çexiya avadanlığı quraşdırılıb. Səhmdar Cəmiyyət ötən il "Coca Cola" şirkəti ilə də şüşə butulkaların istehsalı ilə bağlı müqavilə imzalayıb”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:23]
Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar
- 07.05.2024 [14:28]
Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb
- 07.05.2024 [13:27]
Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir
- 07.05.2024 [13:19]