“Qatar Energy” şirkəti fors-major elan edib
Qahirə, 4 mart, AZƏRTAC
“Qatar Energy” şirkəti fors-major elan edib. Bu addım mayeləşdirilmiş təbii qazın (LNG) və onunla əlaqəli məhsulların istehsalının dayandırılmasından sonra atılıb.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, “QatarEnergy” yaydığı bəyanatda qeyd edib ki, bütün müştərilərlə münasibətlərini yüksək qiymətləndirir.
Qətər mayeləşdirilmiş təbii qazın (LNG) ixracına görə dünyada ikinci yeri tutur (qlobal bazarın təxminən 20 faizi). 2022-ci ildən sonra Avropaya, həmçinin Asiyaya (Çin, Yaponiya, Hindistan) bu məhsulun əsas tədarükçülərindən biridir. Fors-major halı bərpa dövrü ərzində şirkəti müqavilə öhdəliklərindən azad edir.
Qeyd edək ki, martın 2-də şirkət Ras Laffan və Museyid ərazilərindəki obyektlərinə edilən hücumlar səbəbindən LNG və əlaqəli məhsulların istehsalının dayandırdığını elan edib. Martın 3-də isə qaz emalı məhsullarının, o cümlədən karbamid, metanol və polimerlərin istehsalının da dayandırıldığı açıqlayıb.
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]