Qax gəncləri “Xocalıya ədalət” internet aksiyası keçirmişlər
Qax, 25 fevral (AZƏRTAC). Qax rayon Gənclər və İdman İdarəsi və YAP Gənclər Birliyi rayon təşkilatı şəhərdəki 2 nömrəli orta məktəbdə “Xocalıya ədalət” adlı internet aksiyası keçirmişlər.
Rayon gənclər və idman idarəsi rəisinin müavini Elbrus Tağıyev aksiyanın Xocalı faciəsini, onun dəhşətli mənzərəsini, faciə ilə bağlı bütün həqiqətləri dünyaya, beynəlxalq aləmə çatdırmaq məqsədi daşıdığını bildirmişdir.
Aksiya zamanı Xocalı faciəsi ilə bağlı ingilis və rus dillərinə tərcümə olunmuş məqalə, foto və bəyanatlar, habelə Xocalı soyqırımı ilə bağlı xarici mətbuatda dərc olunan məlumatlar internet vasitəsilə dünyanın müxtəlif nöqtələrinə - 1000 elektron ünvana göndərilmişdir. Bu ünvanların içərisində müxtəlif beynəlxalq təşkilatların, xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərin, dünyanın tanınmış qeyri-hökumət təşkilatlarının, beynəlxalq gənclər təşkilatlarının, tanınmış internet səhifələrinin, habelə siravi əcnəbi vətəndaşların adlarına rast gəlmək olar.
E.Tağıyev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, biz, Qax gəncləri bu aksiya ilə Leyla xanım Əliyevanın təşəbbüsü ilə təsis edilən “Xocalıya ədalət” kampaniyasına fəal şəkildə qoşulmuş olduq. Biz bu aksiya ilə ermənilərin törətdiyi Xocalı faciəsinin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri olduğunu, tarixi həqiqətləri təhrif edərək beynəlxalq ictimaiyyəti yanlış informasiyalarla çaşdıran ermənilərin iç üzünü, əsl simasını çatdırmağa çalışdıq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]