QAX İNCƏSƏNƏT MƏKTƏBİNİN ŞAGİRDİBEYNƏLXALQ SƏRGİNİN QALİBİ OLMUŞDUR
Qax İncəsənət Məktəbinin direktoru Soltan Hacıyev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, Lidis kəndinin alman faşistləri tərəfindən qətlə yetirilən uşaqlarının xatirəsinə həsr olunan ənənəvi sərgi-müsabiqədə dünyanın bir çox ölkəsindən 4-16 yaşlı uşaqlar iştirak etmişlər. Sərgiyə balaca rəssamların “Bizim mavi planetimiz”, “Mən Yer planetini necə dərk edirəm”, “Planetimizi kim və necə məhv edir” mövzularında və digər mövzularda rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərləri, o cümlədən Qax məktəbi şagirdlərinin 16 rəsm əsəri təqdim olunmuşdu.
Balaca rəssamlar bu ilin iyununda keçiriləcək növbəti - 34-cü Beynəlxalq sərgidə də iştirak etmək niyyətindədirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:36]
Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək
- 09.10.2026 [12:44]
Polşada azərbaycanlı rəssamın sərgisi və filmi təqdim olunub
- 09.10.2026 [10:33]