Qax rayonunda polis əməkdaşları şəhid ailələrini ziyarət ediblər
Bakı, 19 mart, AZƏRTAC
Qax Rayon Polis Şöbəsinin əməkdaşları torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olan Daxili Qoşunların hərbi qulluqçuları Nəzir Osmanovun və Emil Fətəliyevin ailələrini ziyarət edib, bayram münasibətilə onları təbrik ediblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, görüşdə xatirəsi hər birimiz üçün əziz olan şəhidlərimizin fədakarlıqlarından, nümayiş etdirdikləri igidlik və şücaətdən danışılıb. Onların qəhrəmanlıqlarının tariximizdə əbədi yaşayacağı qeyd olunub.
Vətən müharibəsində canından keçən şəhidlərimizin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.