Qaxda festival xarakterli minifutbol turniri təşkil olunub
Bakı, 3 iyun, AZƏRTAC
AFFA-nın təşkilatçılığı ilə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Qaxda festival xarakterli minifutbol turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, Qax şəhər stadionunda keçirilən minifutbol turnirində 8 komanda iştirak edib və ümumilikdə 80-dən çox uşaq cəlb olunub. Turnirdə iştirak edən komandaların hər bir üzvünə AFFA tərəfindən hədiyyələr verilib.
Qeyd edək ki, Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş növbəti futbol festivalı Balakəndə keçirilib.