“QAYNAR XƏTT” AÇILMIŞDIR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, respublikamızda insan alverinə qarşı mübarizənin gücləndirilməsi, belə cinayətlər haqqında məlumatların toplanması, cinayətlərin qarşısının vaxtında alınması üçün qabaqlayıcı profilaktiki tədbirlərin həyata keçirilməsi və bu istiqamətdə səmərəli nəticələr əldə edilməsi məqsədi ilə DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsində “qaynar xətt” açılmışdır.
490-90-75 nömrəli “qaynar xətt” hər gün saat 09.00-dan 21.00-dək insan alveri ilə əlaqədar bütün zəngləri qəbul edir. Zəng edənlərin anonimliyinə tam təminat verilir.