Qazaxıstan elmi tədqiqatlar məqsədilə Xəzərdən 156 suiti götürəcək
Astana, 29 iyul, AZƏRTAC
Qazaxıstan hökuməti elmi tədqiqatlar üçün Xəzər dənizində 156 suitinin götürülməsinə icazə verib.
AZƏRTAC Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyinə istinadla xəbər verir ki, suitilər müvəqqəti olaraq Xəzər dənizinin Məngistay və Atırau vilayətlərinin sahilləri boyunca götürüləcək.
Tədqiqatın məqsədi bu nadir və nəsli kəsilməkdə olan növü daha dərindən öyrənmək üçün heyvanları etiketləməkdir. Elmi tədqiqatlar başa çatdıqdan sonra götürülən heyvanlar təbii yaşayış yerlərinə qaytarılacaq.
Hazırda elmi təşkilatlar tədqiqata başlamaq üçün lazımi icazələri alır. Bu layihə regionda nadir balıqların və digər su heyvanlarının öyrənilməsi və mühafizəsi üzrə daha geniş təşəbbüsün bir hissəsidir.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [15:12]
İraq Yaxın Şərqdə müharibə səbəbindən 60 milyard dollar itirib
- 16.10.2026 [15:12]
“Porsche” 500 min avroluq yeni modelini təqdim etməyə hazırlaşır
- 16.10.2026 [14:28]
Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır
- 16.10.2026 [14:27]
ABŞ-nin neft ehtiyatları azalıb
- 16.10.2026 [13:43]
Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq
- 16.10.2026 [13:25]
Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı
- 16.10.2026 [12:38]