QAZAXISTAN HÖKUMƏTİ BAKI-TBİLİSİ-CEYHAN LAYİHƏSİNƏ QOŞULMAQ BARƏDƏ SAZİŞİ İMZALAYACAQ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Qazaxıstanın Baş naziri Danial Axmetov parlamentin aşağı palatasının iclasındakı çıxışında bildirmişdir ki, Hökumət bu ilin ikinci yarısında Bakı-Tbilisi-Ceyhan layihəsinə qoşulmaq barədə sazişi imzalayacaqdır. O demişdir: “Sənəd imzalandıqdan sonra əsas ixrac boru kəməri Aktau-Bakı-Tbilisi-Ceyhan adlanacaqdır. Bu isə bizə imkan verəcək ki, Aktau yaxınlığındakı Kurık limanından ildə 20 milyon tona yaxın neft daşıyaq. Ümumiyyətlə isə, sonrakı mərhələdə bu kəmər vasitəsilə ildə 25 milyon ton neft nəql etməyi nəzərdə tuturuq”.
Baş nazirin sözlərinə görə, Qazaxıstan hökuməti Xəzər dənizinin dibi ilə qaz kəmərinin çəkilməsi imkanlarını da nəzərdən keçirir və Azərbaycan, İran, Türkiyə ilə ilkin danışıqlar da aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [11:47]
Azərbaycan Prezidenti: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür
- 10.10.2026 [20:45]