Qazaxıstan koronavirusa qarşı öz peyvəndinin sınaqlarına başlayıb
Bakı, 17 sentyabr, AZƏRTAC
Qazaxıstanda COVID-19 əleyhinə vaksinin klinik sınaqlarına başlanılıb.
AZƏRTAC Kazinform agentliyinə istinadla xəbər verir ki, QazCovid-in adlandırılan peyvəndin sınaqlarının birinci və ikinci mərhələləri könüllülər üzərində keçiriləcək.
“Ümumdünya Səhiyyə Təşkilatı sınaqlara icazə verib. Könüllülərin cəmi 244 nəfər ola biləcəyinə baxmayaraq, arzu edənlərdən çoxsaylı müraciətlər daxil olub. Biz ərizə qəbulunu elan dərc edildikdən bir neçə gün sonra dayandırmağa məcbur olduq”, - deyə Təhsil və elm nazirinin müavini Miras Daulenov bildirib.
Nazirlikdən onu da xatırladıblar ki, iyulun 26-da QazCovid-in vaksini ilə onu hazırlayan alimlərdən 7-si peyvənd edilib. Onlarda artan immunitet formalaşıb, analizlərin nəticələri preparatın təhlükəsizliyini və yüksək immunitetliyini göstərib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]
Qazaxıstanda təhlükəsizlik sahəsində prioritetlər müəyyənləşdirilib
- 23.09.2026 [14:51]
Çin hökuməti ölkənin bütün ərazisində neft və nadir metallar axtarır
- 23.09.2026 [14:34]
Kreml Putinin Tramp və Zelenski ilə mümkün görüşünə münasibət bildirib
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]