Qazaxıstan millisi ilə oyunda Azərbaycan yığması hesabda önə keçib
Bakı, 25 sentyabr, AZƏRTAC
UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində keçirilən Azərbaycan - Qazaxıstan oyununda hesab açılıb.
AZƏRTAC xəbər verir ki, "Dalğa Arena"da oynanılan qarşılaşmanın 67-ci dəqiqəsində qazaxıstanlı futbolçu Aleksandr Maroçkin avtoqolla yadda qalıb - 1:0.
Hazırda 13 xalı olan Qazaxıstan millisi B Liqası və pley-offa vəsiqəni təmin edib. Azərbaycan seçməsi isə 7 xalla 2-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, qrupun digər oyununda Belarus millisi Slovakiya yığmasının qonağıdır. Hazırda Belarus seçməsi 1:0 hesabı ilə öndədir.