Qazaxıstan Rusiya təyyarə yanacağının idxalına qadağa qoyub
Bakı, 14 iyun, AZƏRTAC
Qazaxıstan Dəmir Yolları iyunun 14-dən bir ay müddətinə Rusiya aviasiya yanacağı və kerosin daşınmasını qadağan edib.
AZƏRTAC xəbər verir ki, bu barədə MDB-yə üzv ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının Direktorluğunun məlumatında bildirilib.
Qeyd edilib ki, qadağa Qazaxıstan Dəmir Yollarının tələbi ilə tətbiq edilir. Başqa təfərrüatlar verilmir.
Mayın sonunda Qazaxıstanın sənaye və infrastrukturun inkişafı naziri Marat Karabayev bildirmişdi ki, respublikada təyyarə yanacağı qıtlığı yaşanır, bu səbəbdən onu Rusiyadan idxal etmək məcburiyyətindədir. “Mülki aviasiyanın inkişafını əngəlləyən əsas amillərdən biri daxili bazarda təyyarə yanacağının çatışmazlığı və onun baha olmasıdır”, - nazir qeyd etmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:39]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [18:14]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]
İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb
- 30.09.2026 [17:19]
Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər
- 30.09.2026 [16:52]