Qazaxıstan sülhməramlıları Colan yüksəkliklərindən qayıdıblar
Astana, 20 may, AZƏRTAC
Almatı Beynəlxalq Hava Limanında Colan yüksəkliklərində BMT missiyasının tərkibində xidmətini başa vurmuş ikinci milli sülhməramlı kontingentin 70 hərbçisinin təntənəli qarşılanma mərasimi keçirilib.
AZƏRTAC Qazaxıstan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, sülhməramlıları vətənə Hava Hücumundan Müdafiə Qüvvələrinə məxsus A-400 hərbi-nəqliyyat təyyarəsi çatdırıb.
Xidmət dövründə kontingent mindən çox tapşırıq yerinə yetirib. Bunlara 798 patrul xidməti, 56 təlim, 63 partlayış təhlükəli əşyanın zərərsizləşdirilməsi, rəsmi şəxslərin 15 dəfə müşayiəti və 57 müvəqqəti müşahidə məntəqəsinin yerləşdirilməsi daxildir.
Sülhməramlıların ikinci qrupunun mayın 28-də qayıtması planlaşdırılır.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.05.2026 [17:34]
Si Cinpin: Dünya “cəngəllik qanunları”na qayıdış təhlükəsi ilə üz-üzədir
- 20.05.2026 [17:23]
Türkiyənin ASELSAN şirkəti mobil telefon istehsalını bərpa edəcək
- 20.05.2026 [17:20]