QAZAXISTANDAKI MƏŞHUR KOK-TÜBE DAĞI AŞAĞI SÜRÜŞÜR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, dağın ətəyində yerləşən yaşayış binaları sürüşmə nəticəsində torpağın altında qala bilər.
Hazırda bu əraziyə heç kim buraxılmır.
Uzunluğu 150 metr, dərinliyi 10 metr olan böyük çat Kok-Tübeni ikiyə bölmüşdür. Canına su hopmuş torpaq ağırlığa davam gətirməyərək yarım metr aşağı çökmüşdür. İki kafe və asma buraz yolunun 37 il bundan əvvəl tikilmiş beton bünövrəsi yarı bölünmüşdür.
Hazırda dağın zirvəsində fövqəladə hallar üzrə agentliyin mütəxəssisləri və Dövlət Geoloji Tədqiqatlar İnstitutunun əməkdaşları iş aparırlar. Başlıca vəzifə torpağın çökməsinin qarşısını almaqdır. Bunun üçün onlarca quyu qazılmalı və bu quyular yüksək təzyiq altında betonla doldurulmalıdır. Mütəxəssislərin fikrincə, belə tədbirlər çökmənin və sürüşmənin qarşısını alacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]