QAZAXISTANIN VƏ AZƏRBAYCANIN BAŞ NAZİRLƏRİNİN GÖRÜŞÜ OLMUŞDUR
İki ölkə arasında əlaqələrin dərinləşdirilməsi istiqamətində geniş fikir mübadiləsinin aparıldığı görüşdə Danial Əhmədov bildirmişdir ki, Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinə qoşulması üçün hökumətlərarası saziş artıq hazırdır və yəqin ki, ən yaxın vaxtlarda imzalanacaqdır.
Aktau limanında infrastrukturun genişləndirilməsindən danışan Danial Əhmədov demişdir ki, buradan Bakıya neft daşınması üçün artıq 4 tanker alınmışdır, 2 tanker də yaxın zamanlarda gətiriləcəkdir.
Baş nazir Artur Rasizadə Qurban bayramı münasibətilə öz həmkarını təbrik etmiş, ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyinə toxunmuşdur. O, Bakıdan Aktauya dənizin dibi ilə optik rabitə xəttinin çəkilməsi, qarşılıqlı surətdə aviaxətlərin artırılması məsələlərini ön plana çəkmişdir.
Tərəflər Azərbaycan-Qazaxıstan hökumətlərarası birgə iqtisadi komissiyasının iclaslarının ildə iki dəfə keçirilməsini qərara almışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:43]
Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni
- 08.10.2026 [17:33]
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
- 08.10.2026 [13:24]
Sərdar Berdiməhəmmədov: Altıtərəfli format yeni əhəmiyyətli imkanlar açır
- 08.10.2026 [12:56]