“Qəbələ” yoxlama oyununda böyük hesabla qələbə qazanıb
Bakı, 9 avqust, AZƏRTAC
Azərbaycan Premyer Liqasının 2019-2020-ci illər mövsümünə hazırlaşan “Qəbələ” futbol komandası növbəti yoxlama oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Bakıda hazırlıq keçən “qırmızı-qaralar” divizion təmsilçisi MOİK-lə görüşüb. Qarşılaşma Bakıxanov qəsəbəsindəki İsmət Qayıbov adına təlim-məşq bazasında reallaşıb. Baş məşqçi Sənan Qurbanov zədəli futbolçular Davit Volkov, İvitsa Juniç, Ülvi İsgəndərov, Kristian Kouakou və Yusif Nəbiyev istisna olmaqla heyətdəki bütün futbolçulara bu matçda oynamağa şans verib.
“Qəbələ” qarşılaşmada 6:0 ilə rəqibinə qalib gəlib. Qolları
Klesio Bauk (12, 55, 58), Fernan Lopez (30), Merab Qiqauri (48) və Asif Məmmədov (88) vurublar.
Xatırladaq ki, “Qəbələ” yeni mövsümdə ilk oyunda avqustun 17-də “Sumqayıt”ı qəbul edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [21:57]
Çempionlar Liqası: "Sabah" “Slaviya Praqa”nı məğlub edir – YENİLƏNİB 3
- 13.10.2026 [21:21]
Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub
- 13.10.2026 [19:40]
Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb
- 13.10.2026 [19:01]
Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]