“Qəbələ”nin futbolçusu Toqo millisində növbəti oyununu keçirib
Bakı, 20 noyabr, AZƏRTAC
“Qəbələ”nin futbolçusu Lalavele Atakora Toqo milli komandasında növbəti oyununu keçirib. Yarımmüdafiəçi Afrika Millətlər Kubokunun seçmə mərhələsinin V turunun iştirakçısı olub.
AZƏRTAC xəbər verir ki, Atakora Toqo yığmasının Əlcəzairlə ev oyununda meydana çıxıb. Start heyətində yer alan Lalavele 90 dəqiqəni əvəzolunmadan keçirib.
Öz meydanında 1:4 hesabı ilə uduzan Toqo millisi 5 turdan sonra 5 xala malikdir. Atakoranın komandası “D” qrupunda 3-cü pillədə qərarlaşıb. Toqolular martın 22-də keçiriləcək son turda Beninin qonağı olacaqlar.
Xatırladaq ki, Lalavele 2 qol vurduğu yığmada 41-ci oyununu keçirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:27]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:05]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO
- 07.10.2026 [18:06]