“Qəbələ”nin məşqçisi beş oyunluq cəzalandırılıb
Bakı, 19 may, AZƏRTAC
“Qəbələ” futbol klubunun əvəzedici komandasının məşqçisi Elçin Rzazadə beş oyunluq cəzalandırılıb.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, buna səbəb qapıçılar üzrə məşqçinin “Zaqatala”ya qarşı Birinci Divizionun XXIX tur matçından sonra rəsmi şəxslərə qarşı qeyri-etik ifadələr işlətməsi olub.
AFFA İntizam Komitəsi həmin oyunda qırmızı vərəqə alan E.Rzazadəyə beş matçlıq cəza tətbiq etməklə yanaşı, klubunu da 400 manat məbləğində cərimələyib.
Qeyd edək ki, “Zaqatala” - “Qəbələ-2” oyunu 2:2 hesabı ilə başa çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]
Fransanın məşhur klubu 1 avroya satılıb
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]
“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər
- 30.09.2026 [10:14]