Qəhrəman ordumuz torpaqlarımızı düşmən işğalından qətiyyətlə azad edir
Bakı, 2 oktyabr, AZƏRTAC
Torpaqlarımızı işğal altında saxlayan Ermənistan hərbi təxribatlarını davam etdirir. Düşmənin zəbt etdiyi torpaqlarımızı azad etmək üçün bu gün şanlı ordumuz ona layiqli cavab verir. Qəsbkar düşmənə ağır zərbələr vurulur. Ermənilər haqsızlığın, ədalətsizliyin sonu olacağını anlamalı idilər.
Bu fikri AZƏRTAC-a müsahibəsində AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Əli Fərhadov söyləyib. “Azərbaycan həmişə haqq-ədalət tərəfdarı olub, sülhü, əmin-amanlığı, həmrəyliyi dəstəkləyib. Lakin Ermənistan hər zaman münaqişə ocaqları törətməyə, qan tökməyə cəhd edib.
Bədnam qonşunun törətdiyi Tovuz hadisələrindən sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bildirdi ki, əgər növbəti dəfə Azərbaycana qarşı təxribat törədilsə, Ermənistan bundan peşman olacaq və düşmənə adekvat cavab veriləcək. Bu həqiqəti anlaya bilməyən ermənilər bu gün ağır məğlubiyyətə düçar olurlar. Qəhrəman ordumuz torpaqlarımızı düşmən işğalından qətiyyətlə azad edir. Şanlı ordumuzun uğurları sonsuz ruh yüksəkliyi doğurur. Xalqımız tezliklə Qələbə sevinci yaşayacaq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:55]
Çinin Anhui Universitetinin nümayəndə heyəti BDU-da olub
- 16.06.2026 [13:23]
Valideynlərə yeni təmayül tədris modeli barədə məlumat verilib
- 16.06.2026 [12:55]
“Doktorantura” adlı metodik vəsait istifadəyə verilib
- 16.06.2026 [12:50]
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
- 16.06.2026 [12:45]
“Krım sevgisi” kitabının 2-ci cildi nəşr olunub
- 16.06.2026 [12:26]
BDU-da yaz imtahan sessiyası davam edir
- 16.06.2026 [12:02]