Qərbi Azərbaycan İcması "Human Rights Watch" təşkilatının Azərbaycana qarşı ayrı-seçkiliyini pisləyib
Bakı, 28 yanvar, AZƏRTAC
Özünü insan hüquqlarının müdafiəçisi adlandıran "Human Rights Watch" təşkilatı dünyada insan hüquqlarının vəziyyətinə dair illik hesabat dərc edib. Hesabatın Azərbaycana dair hissəsində çoxsaylı böhtanlarla yanaşı ölkəmizdən köçüb getmiş ermənilərin qayıdışına şərait yaradılması məsələsi qaldırılır. Lakin Ermənistana dair hissədə oradan qovulmuş azərbaycanlıların qayıdışı barədə bir kəlmə də olsun bəhs edilmir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.
Bəyanatda, həmçinin deyilir: "Hesab edirik ki, bu, "Human Rights Watch" təşkilatı tərəfindən Azərbaycan xalqına etnik və dini əsasda ayrı-seçkilikdir. İrqi ayrı-seçkilik hər bir halda qəbuledilməzdir. Bu ayrı-seçkiliyi özünü insan hüquqlarının müdafiəçisi kimi qələmə verən təşkilatların həyata keçirməsi isə insan hüquqlarına ikiqat ağır zərbə vurur. Ələlxüsus, xatırladaq ki, bu hesabatın dərc edilməsindən az əvvəl, keçmiş prezident Levon Ter-Petrosyanın Ermənistanın Qərbi azərbaycanlılara qarşı etnik təmizləməsinin dövlət siyasəti olduğunu təsdiq edən çıxışı yayılmış və biz bu barədə "Human Rights Watch"a xüsusi müraciət ünvanlamışdıq.
Biz "Human Rights Watch" təşkilatı və onun arxasında duran qüvvələrdən insan hüquqlarından siyasi alət kimi istifadə etməyi, azərbaycanlılara qarşı irqi ayrı-seçkiliyi və Ermənistanın etnik təmizləmə siyasətinə dəstəyini dayandırmağı tələb edirik".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2026 [21:00]
Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır
- 08.08.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 08.08.2026 [16:31]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- 08.08.2026 [11:52]
Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır
- 08.08.2026 [11:41]
FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO
- 08.08.2026 [11:11]
DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub
Bu saata olan əsas xəbərlər
- [20:00]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- [16:31]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [23:54]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [23:45]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:46]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:37]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [22:22]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:42]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [21:20]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [21:15]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [20:00]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [19:15]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [19:06]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [18:05]