Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qərbi Azərbaycandan Salonikiyə uzanan yol

Qərbi Azərbaycandan Salonikiyə uzanan yol

 Rəşid Məmmədov: Azərbaycanı dünyada tanıtmaq hər birimizin mənəvi borcudur

Saloniki, 19 iyun, AZƏRTAC

Rəşid Məmmədov bu gün Saloniki şəhərində Azərbaycanın təbliği istiqamətində fəal çalışan soydaşlarımızdandır. O, təsisçisi olduğu "QALA" Yunanıstan–Azərbaycan Dostluq Cəmiyyəti vasitəsilə həm soydaşlarımızı bir araya gətirməyə, həm də iki xalq arasında dostluq körpülərini möhkəmləndirməyə çalışır.

AZƏRTAC Yunanıstanda yaşayan diaspor fəalı Rəşid Məmmədovla müsahibəni təqdim edir:

– Rəşid müəllim, ilk olaraq həyat yolunuz barədə qısa məlumat verərdiniz.

– Mən 1972-ci ildə Qərbi Azərbaycanın (indiki Ermənistan) Quqark rayonunun Heydərli kəndində anadan olmuşam. 1988-ci ildə ailəmiz Bakıya köçmək məcburiyyətində qaldı. 2003-cü ildə isə Yunanıstana gəldim və o vaxtdan Saloniki şəhərində yaşayıram. Ailəliyəm, iki övladım var. Burada həm sahibkarlıqla məşğul olur, həm də ictimai fəaliyyət göstərirəm.

– Xaricdə yaşamaq sizi diaspor fəaliyyətinə necə sövq etdi?

– İnsan xaricdə yaşadıqca öz milli kimliyinə daha sıx bağlanır. Yunanıstana gəldiyim ilk illərdə müşahidə etdim ki, burada yaşayan azərbaycanlıların bir-biri ilə əlaqələrinin gücləndirilməsinə böyük ehtiyac var. Eyni zamanda, yerli cəmiyyətdə Azərbaycan haqqında məlumatlar kifayət qədər deyildi və ölkəmizin geniş tanıdılması mühüm zərurətə çevrilmişdi.

Məhz bu amilləri nəzərə alaraq, 2009-cu ildən etibarən diaspor fəaliyyəti ilə aktiv məşğul olmağa başladım. Soydaşlarımızın bir araya gəlməsi, milli-mədəni dəyərlərimizin qorunması və Azərbaycan həqiqətlərinin yunan cəmiyyətinə çatdırılması istiqamətində müxtəlif layihələr və təşəbbüslər reallaşdırdıq.

– "QALA" Yunanıstan–Azərbaycan Dostluq Cəmiyyətinin yaradılması ideyası necə yarandı və təşkilat hansı məqsədlərə xidmət edir?

– Bir neçə illik fərdi və qeyri-rəsmi fəaliyyətdən sonra bu işi daha sistemli və institusional şəkildə davam etdirmək qərarına gəldik. Nəticədə, 2017-ci il fevralın 13-də Saloniki şəhərində "QALA" Yunanıstan–Azərbaycan Dostluq Cəmiyyətini rəsmi qeydiyyatdan keçirdik.

Cəmiyyətimizin əsas missiyası Yunanıstanda məskunlaşan soydaşlarımızı vahid platformada bir araya gətirmək, gənc nəslə ana dilimizin öyrənilməsini təşviq etmək, milli kimliyimizi qorumaq və ölkəmizi bu coğrafiyada layiqincə təmsil etməkdir. Bununla yanaşı, yunan ictimaiyyətinə Azərbaycanın zəngin tarixi, mədəniyyəti, multikultural dəyərləri və müasir inkişaf dinamikası barədə dürüst məlumatlar çatdırmaq da fəaliyyətimizin ana xəttini təşkil edir.

– Bəs, bu gün cəmiyyətin fəaliyyəti konkret olaraq hansı istiqamətləri əhatə edir?

– Biz çalışırıq ki, fəaliyyət coğrafiyamız və gündəmimiz yalnız mədəni tədbirlərlə məhdudlaşmasın. İki ölkə arasında turizm, iqtisadiyyat, biznes, təhsil və humanitar sahələrdə də əlaqələrin inkişafına töhfə verməyə can atırıq.

Hesab edirik ki, xalqları bir-birinə yaxınlaşdıran ən mühüm vasitə məhz qarşılıqlı tanışlıq və dialoqdur. İnsanlar bir-birinin tarixini, mədəniyyətini və dəyərlərini yaxından öyrəndikcə münasibətlər daha səmimi və möhkəm təməllər üzərində qurulur. Bu baxımdan, Azərbaycanla Yunanıstan arasında əməkdaşlıq üçün böyük potensial mövcuddur.

– Azərbaycan mədəniyyətinin təbliği istiqamətində hansı layihələri həyata keçirmisiniz?

– İllər ərzində çoxsaylı tədbirlər, təqdimatlar, sərgilər və görüşlər təşkil etmişik. Azərbaycan musiqisi, milli mətbəxi, xalçaçılıq sənəti, tariximiz və mədəniyyətimizlə bağlı proqramlar həyata keçirmişik. Yerli festivallarda Azərbaycan stendləri ilə iştirak etmişik. Hər dəfə Azərbaycan Bayrağının müxtəlif beynəlxalq tədbirlərdə dalğalanmasını görmək böyük qürur hissi yaradır.

Biz, həmçinin Qarabağ həqiqətləri, Xocalı soyqırımı və Azərbaycanın müasir inkişafı barədə məlumatlandırma işləri aparmışıq. Məqsədimiz həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasıdır.

– Azərbaycan-Yunanıstan münasibətlərini necə dəyərləndirirsiniz?

– Azərbaycan ilə Yunanıstan arasında münasibətlər çoxşaxəli xarakter daşıyır. Diplomatik münasibətlər 1992-ci ilin aprel ayında qurulub. Sonrakı illərdə əlaqələr siyasi, iqtisadi, enerji, mədəniyyət, kənd təsərrüfatı və digər sahələr üzrə inkişaf edib. Xüsusilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq iki ölkə münasibətlərində mühüm yer tutur. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Yunanıstanda da yüksək qiymətləndirilir.

Hesab edirəm ki, gələcəkdə iqtisadi və humanitar sahələrdə əməkdaşlıq imkanları daha da genişlənəcək.

– Xaricdə yaşayan azərbaycanlıların üzərinə hansı məsuliyyət düşür?

– Harada yaşamağımızdan asılı olmayaraq, biz Azərbaycanı təmsil edirik. Xaricdə yaşayan hər bir azərbaycanlı ölkəsinin mədəniyyətini, tarixini və milli dəyərlərini tanıtmaq üçün çalışmalıdır. Mən xüsusilə gənc nəslin milli kimliyini qorumasını vacib hesab edirəm. Dilimizi, tariximizi və ənənələrimizi gələcək nəsillərə ötürmək diaspor fəaliyyətinin ən mühüm istiqamətlərindən biridir. Azərbaycançılıq ideyasının yaşadılması və gücləndirilməsi bizim hamımızın ortaq vəzifəsidir.

– Gələcək planlarınız nələrdir?

– Qarşıdakı illərdə fəaliyyətimizi daha da genişləndirmək niyyətindəyik. Yeni mədəni layihələr, gənclərlə bağlı proqramlar və Azərbaycan-Yunanıstan əməkdaşlığına xidmət edən təşəbbüslər üzərində işləyirik. Əsas məqsədimiz Azərbaycanın Yunanıstanda daha yaxından tanınmasına, iki xalq arasında dostluğun möhkəmlənməsinə və xaricdə yaşayan soydaşlarımızın təşkilatlanmasına töhfə verməkdir. İnanıram ki, güclü diaspor Azərbaycanın dünyadakı nüfuzunun artmasına xidmət edən ən vacib amillərdən biridir.

– Müsahibəyə görə təşəkkür edirik.

– Mən də təşəkkür edirəm. Fürsətdən istifadə edərək, dünyanın müxtəlif ölkələrində yaşayan bütün soydaşlarımızı milli birlik və həmrəylik ətrafında daha sıx birləşməyə çağırıram. Azərbaycanın uğuru bizim ortaq uğurumuzdur.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Saloniki

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib