Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qərbi azərbaycanlı: Doğma torpaqların doğma ruhu bizi səsləyir

Qərbi azərbaycanlı: Doğma torpaqların doğma ruhu bizi səsləyir

Daşkəsən, 1 noyabr, Vüsalə Cənnətova, AZƏRTAC

Bu gün dədə-baba yurdunun həsrətini yaşayan, qəlbində böyüyüb-başa çatdığı, ömrünün bəlli bir qismini keçirdiyi doğma torpaqlara qayıdış arzusunun heç zaman sönmədiyi çox sayda Qərbi azərbaycanlı var. Onlardan biri də 62 yaşlı Nərgiz Vəkilovadır.

AZƏRTAC-ın bölgə müxbiri ilə xatirələrini bölüşən Nərgiz Vəkilova bildirir ki, ömür payına həm xoş, həm də keşməkeşli, əzab-əziyyətli günlər yaşamaq düşüb. O, 1963-cü ildə Qərbi Azərbaycanın Pəmbək mahalında, Böyük Qarakilsə şəhərindən 6 kilometr şimal-qərbdə, Bozabdal dağının ətəyindəki Arçut kəndində 9 uşaqlı ailədə anadan olub.

“Kəndimiz dağlarla əhatə olunmuşdu, Pəmbək çayının yaxınlığında yerləşirdi. Kəndi Arçut çayı ikiyə bölürdü. Biz ona dayanmadan axdığı üçün “Axar çay” deyərdik. Eşitdiyimə görə, Arcut adının özü ardıc bitkisinin adı ilə bağlıdır. Kənddə ancaq azərbaycanlılar yaşayırdılar. Atamgil danışırdılar ki, kəndimizin sakinləri 1918-ci ildə erməni təcavüzünə, qırğınlara məruz qalaraq deportasiya olunublar. Sağ qalanlar sonradan yenə öz ata-baba torpaqlarına qayıdıblar”, - deyən Nərgiz Vəkilova bildirir ki, azərbaycanlıların 1988-ci ilin payızında Qərbi Azərbaycandan sonuncu deportasiyasına qədər Arçut kəndində 655 yaşayış evi olub. Əhali əsasən əkinçilik və heyvandarlıqla məşğul olub.

“Kəndimizdə ferma var idi. Alma, armud, şaftalı, qoz bağları salınmışdı. Bu bağların barının dadından doymaq olmurdu. Bundan başqa, tikiş fabriki fəaliyyət göstərirdi. Qadınlar xalçaçılıqla məşğul olurdular. Rəngarəng, bol naxışlı, qalın və keyfiyyətli xalçalar toxuyurduq. Mən özüm xalça toxumaqdan böyük bir zövq alırdım”, - deyə Qərbi azərbaycanlı xatırlayır. Nərgiz Vəkilova söyləyir ki, kənddə 10 illik məktəb, mədəniyyət klubu, tibb məntəqəsi də fəaliyyət göstərib. İnsanlar bir-birinə bağlı olub, zəhmətləri hesabına yaşayaraq firavan ömür sürüblər.

“1982-ci ilə, yəni ailə qurub Axtala kəndinə köçənədək ata yurdum Arçutda yaşamışam. Gözəl təbiətə malik, dağlı-düzlü, münbit torpaqlı kəndimizin hər qarışı əvəzsiz idi. Yayı yay, qışı qış kimi yaşayırdıq. Yaylaqlara çıxırdıq, dağlardan şəfalı otlaq toplayırdıq. Xızır Nəbi bayramını, Novruz bayramını bütün adətləri ilə qeyd edirdik. Yeni gəlinləri su üstünə çıxarırdılar, evə yenilənən sudan gətirirdilər. Milli mətbəximizin dadlı təamları ilə süfrələr qururduq”, - deyən Nərgiz Vəkilova onu da bildirir ki, gəlin köçdüyü Allahverdi rayonundakı Axtala kəndi də gözəllikdə və milli adətlərə sadiqlikdə Arçutdan geri qalmayıb. Bu kənddə də ancaq azərbaycanlılar yaşayıb. “150 evin yerləşdiyi kənddə meşəlik ərazilər çox idi. Kənddən “Qoşaçay” axırdı. Fermamız var idi. İnsanlar heyvandarlıqla, əkinçiliklə məşğul olurdu. Meyvə bağları var idi, qızılgül, qərənfil əkilirdi, satışa çıxarılırdı. Erməniləri də ancaq ya kəndimizə meyvə, gül almaq üçün gələndə görürdük, ya da biz Böyük Qarakilsə şəhərinə gedəndə. Vaxtilə üzümüzə gülürdülər, üzlərinin nə qədər dönük olduğunu sonradan gördük”, - deyə müsahibimiz vurğulayır.

Nərgiz Vəkilova söyləyir ki, XX əsrin 80-ci illərinin sonunda ermənilərin əsl niyyəti özünü daha çox büruzə verməyə başlayıb. “Deportasiyadan öncə azərbaycanlılara qarşı təzyiqlər böyük idi. Bizə türk deyirdilər. Azərbaycanlıları işdən çıxarmağa bəhanə axtarırdılar. Xəstəxanalara getmək əsl təhlükə idi. Erməni həkimlər neçə-neçə hamilə qadını öldürmüşdülər. Körpələrə də ya iynə vurub, ya da əllərindən salıb öldürürdülər. Tək gəzmək mümkün deyildi, ermənilər bir araya gəlib həmin adama zərər verməyə çalışırdılar”, - deyə Qərbi azərbaycanlı bildirir. Onun sözlərinə görə, 1988-ci ilin payız ayları vəziyyət azərbaycanlılar üçün dözülməz hal alıb. “Daşnaklar kəndlərin əhalisinə doğma yurdlarını tərk etmələri ilə bağlı xəbərdarlıq edirdilər. Arçuta girərək evləri yandırdılar, əhaliyə divan tutdular. İnsanları helikopterlərə dolduraraq kənddən çıxarırdılar. Qardaşımın birini də o zaman yüksəkdən yıxıb öldürmüşdülər. Mal-qaramıza əl qoyub, aparıb satırdılar. Evlərə sahiblənirdilər. Axtalada da kişilər hücum olmasından ehtiyat edərək gecə-gündüz keşik çəkirdilər. Hamilə idim, məni kəndin çıxacağındakı evə aparmışdılar ki, qaça bilim”, - deyən Nərgiz Vəkilova o günlərdə daşnakların əhaliyə məxsus malı-mülkü yağmaladığını, ona əziz olan hər iki kənddəki qəbiristanlığı dağıtdıqlarını da dilə gətirir: “Arçutda da, Axtalada da qəbiristanlıqlarımızı traktorlarla dağıtmışdılar. Dağılan qəbirlər arasında qayınatamın da qəbri var idi. İçindəki nifrətini qəbirləri dağıtmaqla büruzə verənlərə söz tapa bilmirdik. Malımızı-mülkümüzü, nəyimiz var idisə orada qoyub, əliyalın, min bir iztirabla doğma torpaqları tərk etməli olduq. Qucağımızda 20 günlük körpə ilə biz həyat yoldaşımla Daşkəsənə gəldik”.

Hər bir Qərbi azərbaycanlı kimi müsahibimiz də torpaq həsrəti ilə yaşadığını, doğma yurda qayıdış arzusunun heç zaman sönmədiyini dilə gətirir.

“Həyat yoldaşım Birinci Qarabağ müharibəsində düşmənə qarşı mübarizə apardı. Doğma yurdumuzdan qucağımda 20 günlük körpə ikən gətirdiyim oğlum Elməddin Vəkilov isə 44 günlük Vətən müharibəsində ermənilərə divan tutaraq şəhidlik zirvəsinə ucaldı. Necə ki, işğal altında olan torpaqlarımızı azad etdik, dövlətimizin uğurlu siyasəti ilə tarixi yurdumuza da qayıdacağımız gün uzaqda deyil. Doğma torpaqların doğma ruhu bizi səsləyir”, - deyə Nərgiz Vəkilova söhbətimizə bu cümlə ilə son qoyur.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gənc müəllim: Qürurluyam ki, coğrafiya fənni üzrə rayona ilk medalı mənim şagirdim gətirib

Çempionlar Liqası: "Sabah"ın ev oyunlarını keçirəcəyi stadion dəqiqləşib

BDYPİ: Skuter oyuncaq deyil, qaydalara ciddi əməl edilməlidir

Çində “Saudel” qasırğasına görə 600 min nəfər təxliyə edilib

Bakıda Dördüncü İqlim Həftəsi keçiriləcək

Azərbaycan “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə təmsil olunub

Fərid Qayıbov: “IRONMAN 70.3” yarışını çoxdan gözləyirdik

Tramp: Dünya çempionatı ABŞ iqtisadiyyatına 18 milyard dollardan çox gəlir gətirib

Bakının ev sahibliyi etdiyi “IRONMAN 70.3” triatlon yarışı başlayıb

Niger Fransanı üsyan cəhdini qızışdırmaqda ittiham edib

Musiqişünas: Bu gün musiqiyə yenidən qulaq asmağı öyrənmək lazımdır

Media: Pentaqon və ABŞ səhiyyə institutları biomüdafiə sahəsində əməkdaşlıq edəcək

İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 3 nəfər ölüb

ABŞ Səudiyyə Ərəbistanına 5,75 milyard dollarlıq silah satışını təsdiqləyib

Tramp administrasiyası Yaxın Şərq üçün müharibədənsonrakı strategiya hazırlayır

PSJ Luis Enrike ilə müqaviləni uzadıb

Xaçmazda avtomobil bərbərxanaya çırpılıb, sürücü yaralanıb

ABŞ Prezidenti: Hörmüz boğazı tezliklə əvvəlki əhəmiyyətini itirə bilər

Şahbuzda qəzada xəsarət alanların vəziyyəti açıqlanıb

Səudiyyə mətbuatı Bakının tarixi və turizm imkanlarından yazıb

Hakerlər Berlin administrasiyasına aid 1,4 milyondan çox məlumatı internetdə yayıblar

Şahbuzda ağır yol qəzası olub, 3 nəfər ölüb

Tramp: ABŞ bəzi ölkələrlə ticarəti dayandıra bilər

Almaniyanın daxili işlər naziri elektrik şəbəkəsinə hücumların motivini iqlim ekstremizmi ilə əlaqələndirib

ABŞ-nin xüsusi elçiləri Moskvaya və Kiyevə səfər edəcəklər

FAO: Qlobal ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək həddə çatıb

Afrika dünya xəritəsinin yenilənməsini təklif edir: BMT-də “Correct the Map” təşəbbüsü

ABŞ Prezidenti: Çox yaxında Pikaks dağına zərbə endirə bilərik

Tramp: Putin NATO ərazisinə hücum etmək niyyətində deyil

Tramp İranla müharibəni hərbi münaqişə adlandırıb

İsrailin azad etdiyi daha dörd Livan vətəndaşı ölkəsinə qaytarılıb

Bakıda “IRONMAN 70.3” çərçivəsində “IRONKIDS” və “Fun Run” yarışları təşkil olunub

“Güzəştli mənzil” elektron sistemi vasitəsilə növbəti mənzil seçimi uğurla başa çatıb – Birgə məlumat

Premyer Liqa: “Kəpəz” evdə böyük hesabla məğlub olub

Fidan Hacıyeva – 30 il səhnədə: Yaxud “Azərbaycan Karmeni”nin hekayəsi – MÜSAHİBƏ

Azərbaycan güləşçisi Dünya Köçəri Oyunlarında gümüş medal qazanıb

“IRONMAN 70.3” yarışı ilə əlaqədar 13 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

İraqın neft ixracı ötən ay müharibə başlayandan bəri ən yüksək səviyyəyə çatıb

Fransada polislərin kütləvi etiraz aksiyası gözlənilir

Rusiya-Ukrayna müharibəsi Səudiyyə Ərəbistanının arpa tədarükünə ciddi təsir göstərir

Bakıda Tacikistanın dövlət müstəqilliyinin 35-ci ildönümü qeyd olunub VİDEO

Bakıda Tacikistanın dövlət müstəqilliyinin 35-ci ildönümü qeyd olunub VİDEO

Səfir: Azərbaycan-Tacikistan münasibətləri yüksək səviyyədədir VİDEO

Səfir: Azərbaycan-Tacikistan münasibətləri yüksək səviyyədədir VİDEO

Balakəndə ali məktəblərə qəbul olunan məzunlarla görüş keçirilib

Şəhid mayorun həyat yoldaşı: Şuşa kimi tarixi şəhərdə hər bir daş bizim milli irsimizin bir hissəsidir

Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri açıqlanıb

MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçiminin nəticələri elan olunub

Rəşad Nəbiyev: Azərbaycan ilə Tacikistan arasında nəqliyyat və rəqəmsal inkişaf sahələrində əməkdaşlıq genişlənir

Bu saata olan əsas xəbərlər

Premyer Liqa: “Qəbələ” doğma meydanda qələbə qazanıb

Vətən müharibəsi qazisi: Tarixi yaddaş yalnız adların hər hansı bir səthə yazılması ilə qorunmur

Professor: Süni intellektin inkişafı ilə ortopediya sahəsində çox sürətli irəliləyiş baş verir

Şəhid polkovnik Füzuli Cavadovun xatirəsi yad edilib

Cəmi 37 günə 9,2 kilometr yeni yol VİDEO

Cəmi 37 günə 9,2 kilometr yeni yol VİDEO

Fatih Birol: Neft və təbii qaz uzun illər istifadə olunmağa davam edəcək

Qazaxıstanlı ekspert: Azərbaycan Avrasiyanın nəqliyyat-enerji qovşağına çevrilir

Gürcüstanın xarici ticarət dövriyyəsi 5,8 faiz artıb

Avropada qaz anbarlarının doluluq nisbəti əvvəlki illərə görə xeyli aşağıdır

Memar: Şuşanın təbiətinə və tarixi-mədəni irsinə ehtiramla yanaşmaq hər kəsin borcudur

QHT sədri: Tarixi irsə hörmət hər bir ziyarətçinin məsuliyyətidir

Amerikalı jurnalist Qarabağa qayıtmış sakinlərlə görüşüb VİDEO

Amerikalı jurnalist Qarabağa qayıtmış sakinlərlə görüşüb VİDEO

Azərbaycanı İsveçrədəki turnirdə 5 taekvondoçu təmsil edəcək

Rəqabətli qiymətlərlə bərpaolunan enerji təmin edən ölkələr məlumat mərkəzlərinə investisiyaların cəlbində üstünlük qazana bilər

Sahibə Qafarova: Parlament diplomatiyası ölkələr arasında dialoq və əməkdaşlığa mühüm töhfə verir

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir – Füzuli Əliyev

Siyasi şərhçi: Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında iqtisadi bağlantıların əsas ünvanlarından biridir

Mingəçevir Dövlət Universitetində bakalavriat səviyyəsi üzrə qəbul planı 100 faiz dolub

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb: təbiətə 200 min manata yaxın ziyan dəyib

Fatih Birol: Qlobal enerji sistemi elektrik dövrünə qədəm qoyub

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

ŞƏT məkanı Azərbaycanın xarici ticarət əlaqələrində xüsusi əhəmiyyət daşıyır ŞƏRH

Tarixi mirası ucuz təbliğat vasitəsinə çevirməməliyik VİDEO

Tarixi mirası ucuz təbliğat vasitəsinə çevirməməliyik VİDEO

Bakı Metropoliteninin yeni stansiyasının “20 Sentyabr” adlandırılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakı Metropoliteninin yeni stansiyası “20 Sentyabr” adlandırılacaq

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Şirin Şahbazovla MÜSAHİBƏ VİDEO

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Şirin Şahbazovla MÜSAHİBƏ VİDEO

UNEC inklüziv ali təhsil modelini region universitetlərində tətbiq edir

İctimai Birlik sədri: Cıdır düzündə qaya üzərində yazıların yazılması qəbuledilməzdir VİDEO

İctimai Birlik sədri: Cıdır düzündə qaya üzərində yazıların yazılması qəbuledilməzdir VİDEO

Azərbaycanın yaratdığı yeni bağlantı sistemi Avrasiyanın iqtisadi xəritəsini dəyişir ŞƏRH

Riyaziyyatdan zəif şagirdin uğur hekayəsi: Sonra bütün qiymətlərim “5” oldu VİDEO

Riyaziyyatdan zəif şagirdin uğur hekayəsi: Sonra bütün qiymətlərim “5” oldu VİDEO

AQTA-da ərzaq bazarlarının sahibləri ilə görüş: qida təhlükəsizliyi tələbləri gücləndirilir

AYNA: 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

Ədliyyə naziri Yevlaxda vətəndaşların müraciətlərini dinləyib

Aqrar əməkdaşlıq Azərbaycan və Özbəkistan üçün geniş imkanlar açır – ŞƏRH

Bakıda Türk dünyası travmatoloq və ortopedlərinin beynəlxalq konqresinin açılışı olub VİDEO

Bakıda Türk dünyası travmatoloq və ortopedlərinin beynəlxalq konqresinin açılışı olub VİDEO

Azərbaycan-ŞƏT əməkdaşlığı siyasi, iqtisadi və nəqliyyat imkanlarını genişləndirir ŞƏRH

Gürcüstan gəncləri üçün Azərbaycanın ali təhsil imkanları təqdim ediləcək

Politoloq: Azərbaycanın ŞƏT çərçivəsində artan rolu ölkəmizin beynəlxalq nüfuzunu daha da gücləndirir

KOBİA sentyabrda sahibkarlar üçün keçiriləcək görüşlərin istiqamətlərini açıqlayıb

Ekspert: Azərbaycanın ŞƏT ilə əməkdaşlığında iqtisadi və logistika prioritetləri ön plandadır

Türk professor: Azərbaycan Avrasiyanın yeni geoiqtisadi xəritəsində “qovşaq ölkə” rolunu gücləndirir

Bakı Güləş Məktəbinə 47 yeni şagird qəbul edilib

Akademik Nailə Vəlixanlının əsərlərinin biblioqrafiyası nəşr edilib

Çinin Tibet bölgəsindəki daşqında ölənlərin sayı 31-ə çatıb VİDEO

Çinin Tibet bölgəsindəki daşqında ölənlərin sayı 31-ə çatıb VİDEO

Uşaqlarda mütaliə vərdişi ibtidai siniflərdən etibarən formalaşdırılmalıdır – təhsil eksperti

“Səyyar Gənclər Xidməti” bu dəfə Lerik gənclərini bir araya gətirib

Azərbaycan dili üzrə süni intellekt ekosistemi formalaşdırılmalıdır – Ekspert rəyi

“Real Madrid” iştirak ərizəsini açıqlayıb, fransalı futbolçu heyətdən kənarda qalıb

Memar: Daşa ad yazmaqdansa, həmin tarixi irsi qorumaq şəhidə daha böyük ehtiram əlamətidir VİDEO

Memar: Daşa ad yazmaqdansa, həmin tarixi irsi qorumaq şəhidə daha böyük ehtiram əlamətidir VİDEO

Tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi səhiyyənin inkişafı baxımından böyük əhəmiyyət daşıyır

Konqres Kitabxanasında Azərbaycan izləri: üç qadının əməyi - REPORTAJ  VİDEO

Konqres Kitabxanasında Azərbaycan izləri: üç qadının əməyi - REPORTAJ VİDEO