Qərbi Balkan ölkələri vətəndaşlarını İsraildən təxliyə edir
Belqrad, 9 oktyabr, AZƏRTAC
Qərbi Balkan regionu ölkələri İsraildəki vətəndaşlarını təxliyə etməyə başlayıb.
AZƏRTAC xəbər verir ki, Serbiya 132 nəfərdən ibarət ilk qrupu Təl-Əvivdən Belqrada təxliyə edib. “Air Serbia” aviaşirkətinin digər təyyarəsi ilə daha 144 Serbiya vətəndaşı bu gün ölkəyə gətiriləcək.
Serbiyanın Baş naziri Ana Brnabiç Prezident Aleksandar Vuçiçin tapşıdığı ilə ölkə vətəndaşlarının İsraildən təxliyəsinin davam etdiyini bildirib. Hazırda İsraildə xeyli sayda serbiyalının olduğu və bu ölkədə davam edən hücumlarda bir Serbiya vətəndaşının yaralandığı bildirilir.
Bundan başqa, Albaniya aralarında Kosovo və Şimali Makedoniya vətəndaşları da olmaqla, 40 nəfəri İsraildən təxliyə edib. Monteneqro hökuməti isə İsraildəki vətəndaşlarının təxliyəsi üçün işləri davam etdirir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:08]
Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb
- 02.10.2026 [17:48]
Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]
İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib
- 02.10.2026 [15:08]
Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO
- 02.10.2026 [14:43]