QƏSBKAR ERMƏNİLƏR İŞĞALÇILIQ SİYASƏTLƏRİNİ DAVAM ETDİRİRLƏR
Bakı, 26 fevral (AZƏRTAC). Bakı Dövlət Universitetində (BDU) Xocalı soyqırımının 17-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Universitetin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov erməni terrorizminin bəşəriyyət üçün təhlükəli bəla olduğunu bildirmişdir.
Torpaqlarımızda günahsız qanlar tökən, uşaqları, qocaları, qadınları qanlarına qəltan edən ermənilərin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri faciələri xatırladan rektor məkrli düşmənin bu gün də qəsbkarlıq siyasətindən əl çəkmədiyini nəzərə çarpdırmışdır.
Akademik A.Məhərrəmov Xocalı soyqırımının XX əsrin ən böyük faciəsi olduğunu qeyd edərək, bu faciənin xalqımızın qan yaddaşından heç vaxt silinməyəcəyini söyləmişdir.
Rektor bədnam ermənilər tərəfindən işğal olunmuş torpaqlarımızın Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində tezliklə azad ediləcəyinə əminliyini vurğulamışdır.
Sonra soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş ədəbi-bədii kompozisiya göstərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]