“QEYRƏT” XALQ HƏRƏKATI MARNEULİDƏ XOCALI SOYQIRIMINA HƏSR OLUNMUŞ MƏRASİM KEÇİRMİŞDİR
Tbilisi, 25 fevral (AZƏRTAC). Marneuli şəhərində azərbaycanlıların “Qeyrət” xalq hərəkatı fevralın 25-də Xocalı soyqırımına həsr olunmuş mərasim keçirmişdir.
Hərəkatın liderlərindən olan Zümrüd Qurbanlı, Gürcüstan Prezidentinin müşaviri Mübariz Qarayev, Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru David Kirkitadze, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Qənirə Paşayeva, Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət nazirinin müavini Yelena Tevdaradze, “Gürcüstan” qəzetinin redaktoru Süleyman Süleymanov və başqalarının çıxışlarında separatizm, zorakılıq, müharibə pislənmişdir.
Mərasimdə Tbilisi Azərbaycan Dövlət Dram Teatrının kollektivi xalq şairi Zəlimxan Yaqubun şeirləri əsasında səhnələşdirilmiş “Xocalı” ədəbi-bədii kompozisiyasını göstərmişdir.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]