İQTİSADİYYAT
Qeyri-neft ixracı 16,2 faiz artıb
![Qeyri-neft ixracı 16,2 faiz artıb](/files/2022/3/1200x630/16724051942372241905_1200x630.png)
Bakı, 30 dekabr, AZƏRTAC
Cari ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın ixracı 36,3 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 2,7 milyard dollar təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz artıb.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın dekabr sayına istinadla bildirir ki, on bir ayda kimya sənayesi məhsullarının ixracı 77,4 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 23 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 22,3 faiz, çay ixracı isə 43 faiz çoxalıb.
Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 802,4 milyon dollar olub.
Yanvar-oktyabr ayları ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 93,2 faizini təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı əlavə dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,5 faiz artıb.