Qeyri neft-qaz məhsullarının ixracı artıb
Bakı, 14 iyun, AZƏRTAC
2023-cü ilin yanvar-aprel aylarında qeyri neft-qaz məhsullarının ixracı 2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə faktiki qiymətlərlə 21,2 faiz, real ifadədə 17,5 faiz artaraq 1187,2 milyon dollara bərabər olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Türkiyəyə (34,2 faiz), Rusiyaya (24,0 faiz), Gürcüstana (12,0 faiz), İsveçrəyə (4,1 faiz), Qazaxıstana (2,9 faiz), Türkmənistana (2,3 faiz), Ukraynaya (2,3 faiz), İtaliyaya (1,6 faiz), Belçikaya (1,5 faiz), Özbəkistana (1,3 faiz), Rumıniyaya (1,3 faiz), Almaniyaya (1,1 faiz), Çinə (1,1 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (1,1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:02]
Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur
- 30.09.2026 [18:11]
® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı
- 30.09.2026 [18:04]
Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar
- 30.09.2026 [17:46]