QİÇS-Ə QARŞI MÜBARİZƏ GÜCLƏNDİRİLİR
Layihənin birinci hissəsi Şamaxı, Ağsu, Ağdaş, Mingəçevir, Hacıqabul və Kürdəmiri əhatə etmişdir. Məqsəd ölkəmizin regionlarında yeniyetmə və gənclərin QİÇS barədə maarifləndirilməsi və bu mübarizəyə daha fəal cəlb olunmasıdır. Hazırda layihə Xanlar, Tovuz, Ağstafa və Tərtərdə də həyata keçirilir.
Layihə çərçivəsində rayonların hər birində bu dəhşətli bəlanın qarşısının alınması üçün dəyirmi masaların, diskussiyaların, müzakirələrin təşkili də planlaşdırılmışdır.
Bundan əlavə, rayon gənclərinin təşəbbüs qruplarının, könüllülərin iştirakı ilə maarifləndirmə yürüşləri keçiriləcəkdir.