“QİÇS-İN FƏSADLARI” MÖVZUSUNDA SƏRGİ AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, dekabrın 1-də “Abşeron” rəsm qalereyasında Təhsil Nazirliyinin və UNİCEF-in birgə təşkilatçılığı ilə “QİÇS-in fəsadları” mövzusunda rəsm və plakat sərgisi açılmışdır.
Sərgini bir qədər əvvəl yeniyetmə və gənclərin “QİÇS əleyhinə mübarizə” mövzusunda keçirilmiş respublika müsabiqəsinin final mərhələsi də adlandırmaq olar.
Sərgidə münsiflər heyətinin seçdiyi 86 rəsm və plakat nümayiş etdirilir. Onların sırasında tamaşaçılara 9 qalibin və 37 həvəsləndirici mükafat sahibinin əl işləri də təqdim olunur.
Təhsil nazirinin müavini Elmar Qasımov və UNİCEF-in Azərbaycan üzrə əlaqələndiricisi Cilian Vilkoks mərasimdə çıxış edərək QİÇS əleyhinə mübarizədə belə tədbirlərin əhəmiyyətindən danışdılar.
Sərgi dekabrın 3-dək davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:14]
İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub
- 05.10.2026 [17:02]
Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir
- 05.10.2026 [16:51]
“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır
- 05.10.2026 [16:46]
Məryəm Əlizadə: Azərbaycan teatrı zamanla birlikdə addımlamalıdır
- 05.10.2026 [15:43]