Qida sahəsində fəaliyyət göstərən 23 müəssisədə nöqsanlar aşkar olunub
Bakı, 11 aprel, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, aprelin 10-da respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 10 ticarət müəssisəsi, o cümlədən 8 aptek və 13 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 23 müəssisədə nöqsanlar aşkar olunub.
Həmin müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 14, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 15, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 14, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 7, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 2 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanlarla əlaqədar qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr haqqında http://afsa.gov.az/az/media/news_details/4173 linki vasitəsilə məlumat almaq mümkündür.