QIRĞIZISTANDA BEŞİNCİ BAŞ PROKUROR TƏYİN OLUNMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Qırğızıstan Prezidenti Kurmanbek Bakiyevin fərmanı ilə parlamentin deputatı Kambaralı Konqatiyev ölkənin baş prokuroru əvəzi təyin edilmişdir. Kambaralı Konqatiyev bu ilin əvvəlindən bəri Baş Prokurorluğun sayca beşinci rəhbəridir.
Təxminən bir ay bundan əvvəl baş prokuror təyin olunmuş Busurmankul Tabaldiyev öz xahişi ilə işdən azad edilmişdir. O, prezidentə ünvanladığı ərizədə göstərir ki, respublikada sabitliyi qorumaq məqsədi ilə bu addımı atmışdır.
B.Tabaldiyev prezident aparatının müdafiə və təhlükəsizlik şöbəsinin müdiri təyin edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:40]
Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı həbs edilib
- 06.10.2026 [13:50]
BMT: Təxminən 3,4 milyard insan mənzil böhranı ilə üzləşir
- 06.10.2026 [13:19]
Fransa yüksək faizlərin təzyiqi altındadır
- 06.10.2026 [13:17]
Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək
- 06.10.2026 [13:09]