QIRĞIZISTANDA İTMİŞ VERTOLYOT TAPILMIŞDIR
Qırğızıstan Ekologiya və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri dağlarda yerə enməyə məcbur olmuş vertolyotu aşkar etmişlər. Nazirliyin mətbuat katibi Emil Akmatov bildirmişdir ki, vertolyotun sərnişinlərindən və heyət üzvlərindən heç kim zərər çəkməmişdir.
Vertolyot Qırğızıstanın Çinlə həmsərhəd olan Narına vilayətinin Atbaşı uca dağlıq rayonunda qarın əsiri olmuş ovçuları xilas etmək üçün göndərilmişdi. Lakin texniki nasazlıq ucbatından dağlarda yerə enməyə məcbur olmuş və onunla əlaqə kəsilmişdi.
Vertolyotda, yerli sakinlərdən başqa, iki ABŞ vətəndaşı və bir kanadalı da olmuşdur. Respublikada ov mövsümü martın 1-də açılmışdır və onlar da ovda iştirak etmək istəyirmişlər.